YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi təşviqat kampaniyasına uğurla başlayıb
Yeni Azərbaycan Partiyası 1 noyabr 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşaraq, bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də, qələbəni təmin etmək üçün zəruri addımlar atır. Partiyanın Mərkəzi Seçki Qərargahı parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərməklə, bütövlükdə YAP və onun şəhər və rayon təşkilatlarını seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün səfərbər edib.
YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsinin sədri Nazim Ağayev bildirib ki, qanunvericiliyə uyğun olaraq artıq təbliğat kampaniyasına start verilib: "Noyabrın 1-də keçiriləcək parlament seçkilərin şəffaf həyata keçirilməsi üçün bütün tədbirlər görülüb. Oktyabrın 9-dan etibarən əməkdaşlarımız aktiv şəkildə təbliğat kampaniyasına qoşulublar. Səhər saat 9-dan əvvəlcə şəhər ərazisində yerləşən təbliğat lövhələrinə partiya fəallarilə birlikdə namizədlərimizin şəkillərinin asılmasına başlanılıb və bu proses davam etdirilir. Bunlardan əlavə seçki bukletləri, təbliğat-təşviqat materialları da hazırlanıb. Növbəti günlərdətərtib olunan qrafikə uyğun olaraq seçicilərlə görüşlər də keçiriləcək".
R.HÜSEYNOVA