PDF Oxu

Siyasət

  • 20

Yeni Azərbaycan Partiyası seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir

Yeni Azərbaycan Partiyası seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir

YAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına başladı

YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov partiyanın oktyabrın 9-dan ciddi şəkildə seçkiqabağı təşviqat-təbliğat kampaniyasına start verildiyini bildirib: "Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində böyük, inamlı qələbə qazanacağına əminik. Çünki partiyanın bütün ərazi təşkilataları üzrə təbliğat qrupları yaradılıb. Eyni zamanda bütün seçki dairələri üzrə qeydə alınmış namizədlərimizin seçicilərlə görüş qrafikləri tutulub. Görüşlər yerli icra hakimiyyətlərinin ayırdıqları yerlərdə olacaq. Həmçinin ayrı-ayrı kvartallarda da görüşlərimiz keçiriləcək. "YENİ HƏDƏFLƏRƏ DOĞRU!"- 1 noyabr 2015-ci il parlament seçkilərində partiyamızın əsas hədəfi, başlıca şüarıdır. Yeni Azərbaycan Partiyasının namizədləri də bununla bağlı üzərlərinə düşən məsuliyyəti hiss edir, azad və demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışırlar. "

Ə.Hüseynov, onu da vurğulayıb ki, Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən Mütəllimov Əlyunis Əlyusif oğlunun namizədliyi irəli sürülmüş və qeydə alınmışdır. Ağsu rayonu ərazisində fəaliyyət göstərən 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə lövhənin hər iki üzünə namizədlərin şəkillərinin yapışdırılmasına 9 oktyabr 2015-ci il saat 09:00-da başlanılmışdır. Şəkillərin yapışdırılması hər qrupda 3 nəfər olmaqla, 7 qrup tərəfindən həyata keçirilib.

QAX

YAP Qax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasnı uğurla aparır

YAP Qax rayon təşkilatı 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqla bağlı təbliğat-təşviqat kampaniyasına start verib.

YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov bildirib ki, səhər saat 09:00 təbliğat-təşviqat kampaniyasına başlanılıb: "İlk öncə 112 saylı Qax seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Heydərov Babək Yamil oğlunun plakatları seçki məntəqələrinin ərazisində quraşdırılmış təbliğat-təşviqat lövhələrinə yapışdırılıb. Bu kampaniyada YAP Qax rayon təşkilatının gənc fəallardan ibarət qrupu aktiv şəkildə fəaliyyət göstərdilər. Namizədimizin təbliğatı məqsədilə seçki dairəsinin ərazisində nəzərdə tutulmuş qrafik üzrə görüşlər aparılacaq. Rayon təşkilatımız seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasına uğurlar diləyir və əminliklə deyirik ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanacaqdır".

R.HÜSEYNOVA

Digər xəbərlər