PDF Oxu

Siyasət

  • 20

YAP Qusar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla başlayıb

YAP Qusar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla başlayıb

Cari ilin noyabrının 1-də keçiriləcək parlament seçkiləri qanunvericiliyə uyğun olaraq artıq namizədliyi qeydə alınanların təbliğat-təşviqat kampaniyasına start verilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsində partiya tərəfindən namizədliyi qeydə alınanların təbliğat-təşviqat kampaniyasına uğurla başlayıblar: "Milli Məclisə seçkilər üzrə YAP Seçki Qərargahının Qusar rayon şöbəsi 9 oktyabrdan seçkiqabağı təbliğat kampaniyasına ciddi hazırlıq tədbirlərini həyata keçirir. Seçicilərlə xüsusi qrafik əsasında həm 51 saylı Qusar, həm də 53 saylı Quba-Qusar seçki dairələri üzrə partiyanın deputatlığa namizədləri ilə görüşləri keçiriləcəkdir. Müəyyən olunmuş yerlərdə namizədlərin təbliğat materialları yerləşdiriləcəkdir. Təbliğat kampaniyasına partiyanın fəalları, könüllüləri cəlb olunmuşdur. Səhər saatlarından başlayaraq əməkdaşlarımız fəal şəkildə təbliğat kampaniyasına qoşulublar. Rayon ərazisində yerləşən təbliğat lövhələrinə namizədlərimizin şəkillərinin asılmasına başlanılıb və bu proses davam etdirilir".

Rayon təşkilatının sədri qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu dəfə seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə gedir və qələbəsi mütləqdir: "Prezident İlham Əliyev tərəfindən son 12 ildə aparılmış məqsədyönlü siyasət nəticəsində böyük uğurlar əldə edilmiş və ölkədəki ictimai-siyasi proseslər seçkilərin azad və şəffaflığını təmin edəcəkdir. Bu gün Azərbaycanın inkişafı ictimai həyatın bütün sahələrində hiss olunur. İqtisadiyyatın bütün sahələrində davamlı inkişaf özünü göstərir və bu inkişaf növbəti illərdə də özünün göstərəcək".

D.İbramxəlilovun sözlərinə görə, 1 noyabr tarixində parlament seçkilərinə keçiriləcək seçkilər Azərbaycanda mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutuacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər