PDF Oxu

Siyasət

  • 36

YAP Cəlilabad rayon təşkilatı təbliğat kampaniyasını mütəşəkkilliklə keçirir

YAP Cəlilabad rayon təşkilatı təbliğat kampaniyasını mütəşəkkilliklə keçirir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Cəlilabad rayon Cəlilabad şöbəsi 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinin yüksək səviyyədə və seçicilərinin siyasi fəallığı şəraitində keçirilməsini təmin etmək məqsədilə nəzərədə tutulmuş hazırlıq tədbirlərini davam etdirir.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 9 oktyabr 2015-ci il tarixdən rayonda seçkiqabağı təbliğat-təşviqat tədbirlərinə start verildiyini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 75.2 maddəsinin tələblərinə bildirib: "9 oktyabr səhər saat 8:00-dan başlayaraq partiyanın irəli sürdüyü deputatlığa namizədlərin portretlərinin müəyyən olunmuş yerlərdə asılması tədbirlərinə başlanılmışdır. Bu məqsədlə gənclərdən və partiya fəallarından ibarət ayrıca qruplar yaradılmış və bu gün səhərdən həmin qruplar onlara tapşırılmış işin icrasına başlamışlar. Cəlilabad rayonunun 87 seçki məntəqəsinin əhatə etdiyi bütün yaşayış məntəqələrində həmin tədbir yüksək siyasi fəallıq şəraitində davam etdirilir və seçicilər tərəfindən rəğbətlə qarşılanır".

M.Mirxaslı onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Cəlilabad şöbəsi 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində seçicilərin aktiv və mütəşəkkil iştirak etmələri üçün Seçki Dairələri tərəfindən bütün münbit şəraitlər yaradılıb, partiyanın irəli sürdüyü namizədlər haqqında geniş məlumatlar verilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər