PDF Oxu

Siyasət

  • 23

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyasına start verilib

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyasına start verilib

Yeni Azərbaycan Partiyası 1 noyabr 2015-ci il parlament seçkilərində qələbə qazanmaq məqsədi ilə ciddi hazırlıq işləri aparır. Artıq oktyabrın 9-dan etibarən Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovun qəzetimizə verdiyi məlumata istinadən, seçkilərdə yüksək qələbəni təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəallarından ibarət yaradılmış təbliğat-təşviqat komandası kampaniyaya başlandığı andan - gecə saat 24:00-dan etibarən aidiyyatı dairə seçki komissiyalarının ərazilərinə səfərbər olunublar. Onlar yüksək fəallıq göstərərək YAP namizədlərinin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırıblar. Bunlardan əlavə ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb.

Qeyd edək ki, Binəqədi rayonunda 3 müstəqil - 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü və 1 müştərək - 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyaları fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Əlizadə Aysel İsmayıl qızı, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Qafarov Kamaləddin Nəsrəddin oğlu, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Həsənova Samirə Yaşar qızıdır.

ZÜMRÜD

Digər xəbərlər