YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın oktyabrın 9-dan ciddi şəkildə seçkiqabağı təşviqat-təbliğat kampaniyasına start verildiyini bildirdi: "Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin ictimai-siyasi həyatında siyasi partiyaların yeri və rolunun nə qədər əhəmiyyətli olduğu özünü büruzə verməyə başlayır. Azərbaycanda siyasi partiyalar sayca çoxluq təşkil etsə də, hər zaman olduğu kimi, bu gün də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir. Məhz bu baxımdan Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində böyük və inamlı qələbə qazanacağına əminik. Çünki partiyanın bütün ərazi təşkilataları üzrə təbliğat qrupları yaradılıb. Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülənlərin 26 saylı Sabunçu birinci seçki dairəsindən Qədirov Kamran Dursun oğlu, 27 saylı Sabunçu ikinci seçki dairsindən Cəbrayılova Dilarə Məmmədağa qızı, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Cabbarova Xatirə Qılman qızının hər birinin şəkilləri təşviqat lövhələrinə yapışdırılır. Onu da qeyd edim ki, tərtib olunmuş qrafikə uyğun olaraq oktyabr ayının 10-dan başlayaraq partiyamız tərəfindən namizədliyi irəli sürülən namizədlərlə rayon seçicilərinin görüşləri keçiriləcəkdir".
LAÇIN
YAP Laçın rayon təşkilatı təşviqat kampaniyasına uğurla başladı
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Laçın rayon şöbəsi 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq tədbirlərini uğurla davam etdirir. 9 oktyabr tarixindən seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib. Saat 09:00-dən başlayaraq YAP Laçın rayon təşkilatının fəal gənclərindən ibarət yaradılmış təbliğat-təşviqat komandası 121 saylı DSK-nın 102 məntəqəsi üzrə YAP-ın namizədi Abbaszadə Mahir Tapdıq oğlunun plakatlarını məntəqə-seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrində yapışdırılması prosesini uğurla sona çatdırıblar.
AĞDAŞ
Ağdaş rayonunda Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyasına start verildi
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Nəsirov Elman Xudam oğlunun və 90 saylı Ağdaş Seçki Dairəsindən irəli sürülmüş İlqar Mahir oğlu Vəliyevin şəkilləri əks olunmuş təşviqat materialları partiyanın rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar vasitəsilə rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə vurmuşlar. Bu kampaniya yağmurlu hava şəraitinə baxmayaraq rayon ərazisində səhər saatlarında uğurla başa çatmışdır.
Tərtib olunmuş qrafikə uyğun olaraq sabahdan başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.
R.HÜSEYNOVA