PDF Oxu

Siyasət

  • 29

Zərdab rayonunda seçki təbliğatına start verilib

Zərdab rayonunda seçki təbliğatına start verilib

Dünəndən başlayaraq Zərdab rayonunda namizədliyi qeydə alınan Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyasına start verilib. YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudovanın qəzetimizə verdiyi məlumata əsasən, seçkilərdə yüksək qələbəni təmin etməkdən ötəri tədbirlər həyata keçirilməkdədir: "Rayon təşkilatında yaradılmış təbliğat-təşviqat komandasında yer alan gənc fəallarımız aidiyyatı dairə-seçki komissiyasının ərazisində YAP-ın namizədinin plakatlarını təbliğat-təşviqat lövhələrinə yapışdırıblar. Tərtib olunmuş qrafiqə uyğun olaraq bir daha seçicilərlə keçiriləçək görüşlədə, iştirak edəcək qurupların tərkibi müəyənləşib".

Qeyd edək ki, Zərdab rayonunda 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi İsgəndərov Gülağa Mirzağa oğludur.

İntizarə Məmmədova

Digər xəbərlər