Yeni Azərbaycan Partiyası 1 noyabr 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşır. Bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də, qələbəni təmin etmək üçün zəruri addımlar atır. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın oktyabrın 9-dan ciddi şəkildə seçkiqabağı təşviqat-təbliğat kampaniyasına start verildiyini bildirdi: "YAP Mərkəzi Seçki Qərargahı noyabrın 1-də keçiriləcək parlament seçkilərilə bağlı çevik, operativ fəaliyyət göstərməklə, bütövlükdə YAP və onun şəhər və rayon təşkilatlarını seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edib. Masallı rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq oktyabrın 9-dan parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi 70 saylı Masallı şəhər Seçki Dairəsindən irəli sürülmüş Nəriman Əliyev Əlibala oğlunun şəkilləri əks olunmuş təşviqat materialları partiyanın rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar vasitəsi ilə təbliğat-təşviqat lövhələrində yapışdırılması prosesini uğurla sona çatdırmışlar.
Tərtib olunmuş qrafikə uyğun olaraq sabahdan başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.
R.HÜSEYNOVA