PDF Oxu

Siyasət

  • 22

YAP Suraxanı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına başladı

YAP Suraxanı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına başladı

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyasının aparılmasına start verilib. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiyanın seçkilərə ciddi hazırlaşdığını bildirib: "Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində növbəti qələbə qazanacağına əminik. Oktyabrın 9-da start götürən Milli Məclisə seçkilərdə deputatlığı qeydə alınan partiya namizədlərinin seçkiqabağı təbliğat və təşviqat kampaniyasına uğurla başlamışıq. Səhər saat 8:00-dan başlayaraq, partiya tərəfindən namizədliyi irəli sürülənlərin plakatlatları seçki məntəqələrinin ərazisində quraşdırılmış lövhələrə yapışdırılıb.

Artıq partiyanın bütün ərazi təşkilataları üzrə Seçki Məcəlləsi Qanunvericiliyinə uyğun olaraq, təbliğat qrupları yaradılıb. Fəaliyyət göstərən bütün seçki dairələri üzrə qeydə alınmış namizədlərimizin seçicilərlə görüş qrafikləri müəyyənləşdirilib. Seçicilərlə görüşlər ayrılan müvafiq yerlərdə baş tutacaq. Yeni Azərbaycan Partiyası 1 noyabr 2015-ci il parlament seçkilərinə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!"- şüarı ilə gedir. Bu, o deməkdir ki, ölkəmizin daha da inkişafı, iqtisadi qüdrətinin artması naminə görüləcək işlər artıq müəyyənləşdirilib".

V.Seyidov qeyd edib ki, rayon üzrə üç DSK fəaliyyət göstərir: "30 saylı Suraxanı birinci DSK - seçicilərin sayı 37111 nəfər, 31 saylı Suraxanı ikinci DSK - seçicilərin sayı 38957 nəfər və 32 saylı Suraxanı üçüncü DSK- seçicilərin sayı 39006 nəfərdir. YAP xətti ilə 30 saylı DSK-dan Sevinc Fətəliyevanın, 31 saylı DSK-da Zərnişan İbadovanın, 32 saylı DSK-dan isə Ağacan Abiyevin namizədliyi irəli sürülüb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər