Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun 1-ci mikrorayon seçicilərilə görüşü keçirildi.
200-ə yaxın seçicinin iştirak etdiyi görüşdə çıxış edən Məlahət İbrahimqızı ilk olaraq Azərbaycanda həyata keçrilən hüquqi, demokratik islahatlardan və iqtisadi uğurlardan söz açdı. O, ölkəmizdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən yeni iş yerlərinin açılmasını diqqətə çatdırdı. Qeyd etdi ki, əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində mümkün olub. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərə də toxundu. Azərbaycanın dinamik inkişafını diqqətə çəkən namizəd siyasi-iqtisadi sabitliyin hökm sürdüyü bir dövrdə 1 noyabr tarixində ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini bildirdi. Natiq vurğuladı ki, parlament seçkilərində seçicilər düzgün seçim edərək layiqli namizədlərə səs verərək ölkənin yaxın gələcəyinin 5 illik dövrünü öz səsləri ilə təmin edə biləcəklər. Bunun üçün, ilk növbədə, namizədin ictimai fəaliyyəti, onun vətəndaşlıq mövqeyi ilə seçicilər yaxından tanış olmalıdırlar.
M.İbrahimqızı seçiciləri fəal olmağa çağıraraq, ləyaqətli simalara səs verməyi tövsiyyə etdi. O, artıq dördüncü dəfə namizədliyin irəli sürüldüyünü və 15 il millət vəkili olduğunu diqqətə çatdırdı. Millət vəkili olduğu illər ərizində seçicilərin etimadını doğrultduğunu və Şəmkirdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini diqqətə çatdırdı. Əgər seçilərsə illərlə qazandığı təcrübədən yararalanaraq Nəsimi rayon seçicilərinin də etimadını yüksək səviyyədə doğruldacağını söylədi.
M.İbrahimqızı bu rayonun ictimai-siyasi cəhətdən fəal olduğunu və hər zaman haqqa, ədalətə, real işlərin həyata keçrilməsinə dəstək verdiyini bildirdi. Bu ərazidə Azərbaycan ən nüfuzlu ali təhsil ocaqlarının yerləşdiyini və gənclər rayonu olduğunu qeyd etdi.
Nəsimi rayon əhalisinin demokratik proseslərin davamlığına nail olmaq üçün 1 noyabr parlament seçkilərində məntəqələrə gedərək deputatlığa ən layiqli namizədə səs verməyi məsləhət görən M.İbrahimqızı demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq seçicilərini düzgün seçim etməyə çağırdı.
Görüşdə çıxış edən M.İbrahimqızının vəkili Sabir Əliyev Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən M.İbrahimqızının vətənini, xalqı üçün gördüyü işləri diqqətə çəkərək seçiciləri belə bir simaya dəstək olmağa çağırdı. Onun bütün varlığı ilə xalqına xidmət etdiyini bildirərək namizədin əməllərində azərbaycançılığa meyilin güclü olduğunu seçicilərin diqqətinə çatdırdı. Qeyd etdi ki, Məlahət xanım çox işgüzar və təşəbbüskardır, hər cəhətdən deputatlığa layiq olan bir ziyalıdır. Onun, həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq bir ziyalı olduğunu bildirən natiq dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızına səs verməyə çağırdı. Seçicilərin YAP namizədlərinin təbliğat-təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq.
Görüş seçicilərlə deputatlığa namizəd arasında sual-cavab xarakterli maraqlı müzakirələr aparıldı.
Görüşün sonunda seçicilər 1 noyabr tarixində parlament seçkilərində hamılıqla məntəqələrə gedərək YAP-ın deputatlığa namizədinə – Məlahət İbrahimqızına səs verəcəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI