PDF Oxu

Siyasət

  • 32

Yeni Azərbaycan Partiyası seçkidə qələbəsini təmin edəcək

Yeni Azərbaycan Partiyası seçkidə qələbəsini təmin edəcək

YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev Hümbət oğlunun Səbail rayon veteranları ilə görüşü keçirilib

Oktyabrın 10-da Səbail rayon veteranları ilə Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail rayon Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev Hümbət oğlunun görüşü keçirilib. Yüksək seçici əhval-ruhiyyəsi ilə keçrilən görüşü giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olmasından və partiyanın monolit şəkildə seçkilərə qatılmasından danışıb. Bildirib ki, parlament seçkilərində, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Səbail rayonun seçicilərinin də böyük fəallıq nümayiş etdirəcəkləri heç kəsdə şübhə doğurmur.

Sonra namizədin səlahiyyətli nümayəndəsi Zəfər Bayramov YAP tərəfindən 29 saylı Səbail rayon seçki dairəsindən namizədliyi irəli sürülən Şəmsəddin Hacıyev Hümbət oğlunun ictimai-siyasi fəaliyyəti barədə məlumat verib və cəmiyyətdə tanınan namizəd olduğunu bildirib. Z.Babayev, həmçinin seçiciləri fəal olmağa və 1 noyabrda məntəqələrə gedərək, Ş.Hacıyevə səs verməyə çağırıb.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan geniş və əhatəli çıxış edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsindən söhbət açan Ş.Hacıyev vurğulayıb ki, Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerlərinin açıldığını və bununla da əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına imkanlar yaradıldığını söylədi. Onu da qeyd etdi ki, əldə olunan bu uğurların davamlılığının təmin olunmasında Yeni Azərbaycan Partiyasının da müstəsna rolu və əməyi olub. Ş.Hacıyev YAP-ın cəmiyyətdə rolunun və yerinin möhkəmlənməsilə bu ümumxalq partiyaya olan inam və etibarı daha da möhkəmlənib. Namizəd onu da qeyd edib ki, seçki platforması Yeni Azərbaycan Partiyasının şüarıdır: "Yeni Azərbaycan Partiyasının parlament seçkilərilə bağlı şüarı olan "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" tezisi ölkəmizin iqtisadi uğurlarilə həmahəng səslənir. Ümidvaram ki, seçki günü seçicilər məntəqələrə gedərək, dövlətin və xalqın maraqlarını ən yüksək səviyyədə müdafiə edən namizədə səs verəcəklər".

Görüşdə çıxış edən veteranlar seçki günü daha aktiv şəkildə iştirak edəcəklərini, öz iradələrini ortaya qoyacaqlarını və xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədi Şəmsəddin Hacıyev Hümbət oğluna səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər