PDF Oxu

Siyasət

  • 27

Laçın rayon seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Laçın rayon seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ölkəmizin bütün ictimayyəti kimi, laçınlılar da seçkidə böyük aktivlik nümayiş etdirəcəklərini bildirirlər. Sumqayıt şəhər Sarıqaya massivində və Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yaşayan laçınlı seçicilərlə YAP tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 121 saylı Laçın Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlunun görüşü keçirilib.

Görüşü YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli açaraq, seçicilərə 121 saylı Laçın Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlunun fəaliyyəti haqda ətraflı məlumat verib və onun laçınlıların etimadını qazanacağına əmin olduğunu bildirib. YAP Laçın rayon təşkilatının sədri vurğulayıb ki, 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən çox uğurlu başlayıb və uğurla da davam edir. A.Nəzərli millət vəkili seçiləcəyi təqdirdə, Mahir Abbaszadənin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.

Rayon təşkilatının sədri A.Nəzərli xüsusi olaraq, qeyd edib ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" şüarı ilə gedir: "1 noyabr 2015-ci il parlament seçkilərində partiyamızın əsas hədəfi, başlıca şüarıdır. Yeni Azərbaycan Partiyasının namizədləri də bununla bağlı üzərlərinə düşən məsuliyyəti hiss edir, azad və demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışırlar. Siz seçicilərin rəğbəti, etimadı məhz belə söyləməyə əsas verir".

Texniki Unversitetin tarix kafedrasının müdiri, profesor Şikar Qasımov çıxış edərək, hər zaman olduğu kimi, bu seçki prosesində də rayon ziyalısı olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəkləyəcəklərini vurğulayıb.

Görüşdə Laçın rayon Ağsaqqallar Şurasının üzvü Vaqif İsmayılov, şəhid ailəsi Azad Məmmədov, Qarabağ əlili Murad Eyvazov, rayon ziyalıları Akif Həsənov, Qəzənfər Hüseynov, Murad Hüseynov, Aygün Kərimova və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Çıxış edənlər onu da vurğulayıb ki, YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə təminat verir.

121 saylı Laçın Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş M.Abbaszadə seçicilər qarşısında çıxış edərək, qeyd edib ki, bu gün önəmli bir gündür: "22 il öncə, 10 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi tarixdir". Məhz belə bir partiyanın üzvü olduğu və namizədi olaraq iştirak etdiyi üçün fəxr hissi keçirdiyini deyən M.Abbaszadə vurğulayıb ki, partiyanın yarandığı gündən bugünədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipilə böyük hədəflər əldə olunubdur və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: "Mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülübdür. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyası namizədinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın iradəsi dayanıbdır".

R.HÜSEYNOVA

Digər xəbərlər