PDF Oxu

Siyasət

  • 23

Millət vəkilliyinə namizəd seçicilərilə görüş keçirdi

Millət vəkilliyinə namizəd seçicilərilə görüş keçirdi

Adil Əliyev: "Hər bir seçicinin fikirlərini dinləmək, onların problemlərini həll etmək bizim ən ümdə borcumuzdur"

Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin seçicilərlə görüşü keçirilib. Görüşdə Seçki Qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Adil Əliyev, ilk növbədə qardaş Türkiyədə terror hadisəsi zamanı həlak olanların ruhunu bir dəqiqəlik sükutla yad edib, yaralılara isə Allahdan şəfa diləyib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev, Nərimanov rayon Ağsaqqalar Şurasının sədri Miri Həsənov, rayon Veteranlar Şurasının sədr müvaini, polkovnik Cəlil Xəlilov, həmçinin də sakinlər Adil Əliyevə öncəki millət vəkilliyi dönəmində verdiyi vədləri yerinə yetirdiyinə görə təşəkkür etmiş, ona növbəti parlament seçkilərində uğurlar arzu ediblər.

Səmimi münasibət çərçivəsində keçən görüşdə seçicilərinə təşəkkür edən Adil Əliyev qeyd edib ki, həyata keçirilən bütün işlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması dayanır: "Millət vəkili olaraq, bizlər də dövlətimizin inkişafında, tərəqqisində bu əhəmiyyətli amildən faydalanırıq. Seçicilərimizin qarşısında verdiyimiz vədləri yerinə yetirmək bizim ən ümdə borcumuzdur. Biz məhz bu faktoru özümüzə kredo, hədəf götürmüşük".

Adil Əliyev, seçicilərin hər bir probleminin onların da problemi olduğunu bildirib: "Hər bir seçicinin fikirlərini dinləmək, onların problemlərini həll etmək bizim ən ümdə borcumuzdur. Bizlər isə öz vəzifəmizin öhdəsindən gələrək, xalqımızın rifah halının daha da yaxşılaşdırmasına çalışmalıyıq".

Adil Əliyev, eyni zamanda vurğulayıb ki, dövlət siyasi-iqtisadi siyasətlə yanaşı, həm də xalqın sosial-məişətinin də təmin edilməsi istiqamətində davamlı siyasət aparır. O cümlədən, enerji layihələrinin icrası da sürətli templə davam etdirilir: "Məhz bunun nəticəsi olaraq, biz sizlərin seçdiyi millət vəkili kimi bu siyasətin daha da genişlənməsində fəaliyyət istiqamətimizi qururuq. Ölkədə qazlaşdırılma siyasətinin tərkib hissəsi kimi, hazırda bu seçki dairəsinin ərazisində də işlər uğurla tamamlandırılmışdır. Ərazidə yaşayan sakinlərin təbii qazla təmin olunmaları üçün bütün imkanlardan istifadə olunmuş, bu problem aradan qaldırılmışdır."

Millət vəkilliyinə namizəd digər problemlərin həlli istiqamətində də işlərin aparıldığını vurğulayıb. O, qeyd edib ki, ümumiyyətlə, seçki dairəsi üzrə sakinləri maraqlandıran bütün məsələlərin həlli müsbət qaydada həll ediləcək: "Biz yalnız seçkilərdən-seçkilərə deyil, bütövlükdə hər zaman xalqın yanında olmaqla üzərimizə götürdüyümüz öhdəlikləri tam şəkildə icra etməyə hazırıq və bunun üçün daim seçicilərimizin yanında olmalıyıq."

Görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışan Adil Əliyev bildirib ki, son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial-rifah halının daha da yaxşılaşmasından danışıb.

Adil Əliyev, həmçinin Azərbaycanda aparılan uğurlu xarici siyasət amilinə də toxunaraq bildirib ki, bu siyasətin tərkib hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi dayanır: "Buz bunu xarici ölkələrə etdiyimiz səfərlərimizdə də şahidi oluruq. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komitəsinin üzvü kimi, eləcə də ölkəmizin xarici ölkələrlə parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun təmsilçisi kimi şəxsən mən bütün bu faktorların şahidi olmuşam. Əlbəttə ki, biz fəxr etməliyik ki, dövlətimizin, xalqımızın rəhbəri Cənab Prezident İlham Əliyevun qətiyyətli siyasəti Azərbaycanı dünya ölkələri arasında lider ölkəyə çevirib. İstər beynəlxalq layihələrin reallaşdırılmasında, istərsə də ən ağırılı problemimiz olan Dağlıq Qarabağ məsələsində Onun yürütdüyü müstəqil, qətiyyətli və dönməz iradəyə xas olan siyasət bizlərin də fəaliyyətinə bir stimul, bir təkan verir. Ümumiyyətlə, əldə edilən hər bir uğur, hər bir nailiyyət son olaraq, Azərbaycan xalqının, eləcə də siz dəyərli seçicilərimizin uğuru kimi qiymətləndirilməlidir. Çünki bizim hamımız məhz xalq üçün, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün əzmlə çalışmalı, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasəti ətrafında daha da sıx birləşməli, növbəti qələbələrə doğru birgə addımlamalıyıq."

Daha sonra çıxış edən seçicilər, ağsaqqallar və gənc nəslin nümayəndələri millət vəkilliyinə namizədliyi irəli sürülmiş Adil Əliyevin fikirləri ilə tam bölüşdüklərini vurğulayıblar. Onlar növbəti seçkilərdə də məhz ona səs verəcəklərini bildirərək, namizədə uğurlar arzu ediblər.

Seçicilərilə göruşündə onları maraqlandıran müxtəlif sualları cavablandıran namizəd sakinlərin bir sıra təkliflərini də dinləyib. O, bütün təklifləri bir-bir araşdıracağını deyərək, bir sıra problemlərin qısa zaman kəsimində həll ediləcəyini də bildirib.

Görüş maraqlı diskussiya və səmimiyyət şəraitində başa çatdırılıb. Sonda Adil Əliyev öz seçicilərilə xatirə şəkili çəkdirib.

İntizarə MƏMMƏDOVA

Digər xəbərlər