Dünən YAP Mərkəzi Seçki Qərargahı Xaçmaz rayon şöbəsi 55 saylı Xaçmaz Seçki Dairəsində namizədliyi YAP tərəfindən irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovun Hülövlü kənd seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə qərargahın sədri Nazim Ağayev açaraq ölkəmizin qanunverici orqanı olan parlament seçkiləri haqqında danışıb.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində də bir yumruq kimi birləşəcəklərini söyləyərək Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildiriblər.
Milli Məclis üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Adil oğlu Səlimovun seçki platforması və millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verib və millət vəkili seçiləcəyi təqdirdə, seçicilərinin etimadına əzmlə çalışacağına söz verib.
Həmçinin, 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən yenidən namizədliyi YAP tərəfindən irəli sürülmüş Milli Məclisin üzvü Əliyev İlham Əli Səftər oğlu ilə Yalama və Ləcət kənd seçicilərinin görüşü keçirilib. Görüşü giriş sözü ilə qərargahın sədri Nazim Ağayev açaraq ölkəmizin qanunverici orqanı olan parlament seçkiləri haqqında danışdı. N.Ağayev çıxış edərək İlham Əli Səftər oğlu Əliyevin seçildiyi 5 il ərzində seçiciləri ilə keçirdiyi görüşlər barədə seçicilərin müraciətlərinə diqqətlə yanaşdığından danışıb.
Görüşdə seçicilər noyabrın 1-də İlham Əli Səftər oğlu Əliyevin yeidən seçilməsi çağırışı ediblər.
YAP-ın namizədi İlham Əli Səftər oğlu Əliyev seçiciləri qarşısında çıxış edərək keçən 5 ildə gördüyü işlərdən, növbəti illər üçün platformasından danışaraq, seçiciləri seçki günü daha fəal olmağa çağırıb.
A.SƏMƏDOVA