PDF Oxu

Siyasət

  • 31

Seçicilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədləridir

Seçicilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədləridir

Cəlilabad rayonunun Günəşli, Alar və Qarazəncir kəndlərində deputatlığa namizəd Mirkazım Kazımovla görüşlər keçirilibdir

Dünən 1 noyabr parlament seçkiləri ilə bağlı 68 saylı Cəlilabad Seçki Dairəsindən namizədliyi irəli sürülən Mirkazım Məhəmməd oğlu Kazımovun rayonunun Günəşli, Alar və Qarazəncir kəndlərində seçicilərilə görüşü keçrilib. Hər üç görüşdə tədbirləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədr müavini, partiyanın seçki qərargahı rayon şöbəsinin üzvü Hafiz Cavadov Milli Məclisə seçkilərlə bağlı məlumat verərək bildiribdir ki, seçkilərə hazırlıq Cəlilabad rayonunda yüksək səviyyədə həyata keçirilir, seçki qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası nəzərədə tutulmuş plan üzrə mütəşəkklliklə aparılır, Yeni Azərbaycan Partiyasının Seçki Proqramı əhaliyə müfəssəl şəkildə çatdırılır və partiyanın deputatlığa namizədlərinin platformaları seçicilərə ətraflı izah olunur. H.Cavadov, həmçinin, partiyanın 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyi irəli sürülən Mirkazım Kazımovla bağlı seçicilərə ətraflı məlumat verərək, onun ötən beş ildəki deputat fəaliyyətinin əsas yekunlarını görüş iştirakçılarına çatdırıbdır.

Deputatlığa namizəd Mirkazım Kazımovun vəkili Böyükxan Bağırlı onun indiyədək gördüyü işlər, parlamentdəki fəaliyyətinin əsas məzmununu konkret təhlil edərək, tərcümeyi-halı ilə bağlı informasiyanı seçicilərə çatdıraraq namizədin Seçki Platformasını təfərrüatı ilə şərh edərək, seçiciləri Mirkazım Kazımova səs verməyə çağırıbdır.

Seçicilər də çıxış edərək seçkilərdə fəal iştirak edəcəklərini, birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Deputatlığa namizəd Mirkazım Kazımov seçicilər qarşısındakı çıxışında bildiribdir ki, Milli Məclisə keçirilən seçkilərdə mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən bir daha sizin sakini olduğunuz ərazidən irəli sürülmüşdür: "Bu etimad mənim üçün olduqca fərəhli və ikiqat məsuliyyətli bir sınaqdır. Əmin ola bilərsiniz ki, məni yenidən Milli Məclisin deputatı seçsəniz, hər birinizin problemini öz şəxsi vətəndaş problemim kimi qəbul edəcək, hər bir seçiciyə fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacağam".

Qarşıdakı illərdə fəaliyyətini YAP-ın Seçki Proqramına uyğun olaraq quracağını bildirən M.Kazımov seçicilərini əmin etdi ki, gələcək dövr üçün nəzərdə tutulmuş iqtisadi inkişaf proqramlarının reallaşdırılması nəticəsinə ölkəmizin qüdrəti daha da artacaq, iqtisadi fəaliyyətə və sahibkarlığa hərtərəfli dəstək veriləcək, yenə də xalqın mənafeyi və milli maraqları əsas tutulacaqdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər