1 noyabr 2015-ci ildə tarixdə Milli Məclisə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar Suraxanı rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Yeni Azərbaycan Partiyası 30 saylı Suraxanı 1-ci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın təşviqat və təbliğat kampaniyası çərçivəsində Zığ qəsəbəsində sakinlərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov seçkilərlə ilə bağlı ümumi məlumat verdikdən sonra noyabrın 1-də MM-ə keçiriləcək növbəti parlament seçkilərinin keçiriləcəyini qeyd etdi. V.Seyidov YAP-ın yaranma tarixinə nəzər saldı. Sonra o bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "Yeni hədəflərə doğru" şüarı ilə parlament seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq". Hər zaman olduğu kimi, bu gün də seçicilər real işə qiymət verəcəklər. Hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da Yeni Azərbaycan Partiyasının namizədləri qalib gələcəyinə əminliyini bildirən təşkilat sədri fikrini onunla əsaslandırdı ki, YAP-ın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir.
Tədbirdə çıxış 30 saylı Suraxanı 1-ci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva parlamentdə 5 illik fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra partiya tərəfindən növbəti dəfə parlament sçkilərinə namizədliyinin irəli sürüldüyünə minnətdarlığını bildirib. Milli Məclisin deputatı S.Fətəliyeva növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğruldağını onların problemləri ilə daha yaxından maraqlanacağını bildirib.
O, öz seçki platforması ilə bağlı seçicilərə məlumat verib və bildirib ki, "YAP-ın parlament seçkilərinə "Yeni hədəflərə doğru" şüuarı ilə getməsi təsadüfi deyil. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı, formalaşdığı andan müstəqil, milli dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində, xalqın yüksək sosial rifahı yüksəlməsi naminə fəaliyyət göstərib. Hər zaman olduğu kimi, partiyanın namizədləri seçicilərin etimadını doğruldacaqlar".
Sonda çıxış edən Zığ qəsəbə sakinləri Sevil Əliyeva, Zabitə Həsənova, Ağası Əhmədov, Ramiz Baxşıyev görülən işləri yüksək qiymətləndirərək, S.Fətəliyeva səs verəcəklərini bildirdilər. Bir sıra çatışmazlıqların olduğunu, lakin gələcəkdə onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki parlament seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
ZÜMRÜD