PDF Oxu

Siyasət

  • 23

"Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" şüarı altında "Qanvermə aksiyası" keçirildi

"Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" şüarı altında "Qanvermə aksiyası" keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə 18 oktyabr - Müstəqillik Gününə həsr edilmiş "Tələbə Ayı" çərçivəsində "Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" şüarı altında şəhər 20 saylı poliklinikada "Qanvermə aksiyası" keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin sədri Elnur Rəhimov qeyd etdi ki, 18 oktyabr 1991-ci ildən etibarən ölkəmizdə hər il "Müstəqillik Günü" kimi qeyd olunur. YAP Nəsimi rayon təşkilatı gənclər birliyi də ənənəvi olaraq bu əlamətdar gün münasibətilə oktyabr ayında "Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" şüarı altında silsilə tədbirlərin keçirilməsini nəzərdə tutur. Bu məqsədlə, ilk tədbir qana ehtiyacı olan xəstələr üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı 1991-ci il 18 oktyabrın Azərbaycan tarixinə əbədi həkk olunduğunu bildirərək, ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqət çatdırdı:"Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişilməsi müstəqilliyimizi təhlükə altına alırdı. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən Ulu Öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb - atəşkəsə nail olunub, "Əsrin Müqavilə"si imzalanıb, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunub, iqtisadi göstəricilərə görə dünya dövlətləri ilə eyni cərgədə dayanır".

Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, həm də məqsədyönlü şəkildə davam etdirildiyini bildirən M.İbrahimqızı bu siyasətin nəticəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrildiyini bildirdi. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir.

O bildirdi ki, 250 nəfərə yaxın könüllünün iştirakı ilə keçirilən bu aksiya Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilir:"Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir".

NƏZAKƏT

Digər xəbərlər