PDF Oxu

Siyasət

  • 22

Balakən seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib

Balakən seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib

Oktyabrın 12-də 109 saylı Balakən seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-a bildirib ki, treninqlərdə dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsindən 234 nəfər komissiya üzvü iştirak edəcək. Məşğələlər MSK tərəfindən təşkil edilən treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Elnur Abdullayev tərəfindən aparılır.Treninqlərin ilk günü keçirilən məşğələlərdə 10 seçki məntəqəsindən 60 nəfər komissiya üzvü iştirak edib.

AZƏRTAC

Digər xəbərlər