PDF Oxu

Siyasət

  • 27

YAP tərəfindən deputatlığa namizəd Ağalar Vəliyevin Goranboyun Boluslu və Gürzallar kəndlərində seçicilər ilə görüşü keçirildi

YAP tərəfindən deputatlığa namizəd Ağalar Vəliyevin Goranboyun Boluslu və Gürzallar kəndlərində seçicilər ilə görüşü keçirildi

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Boluslu və Gürzallar kəndlərində seçiciləri ilə görüşü keçirildi.

Görüşlərdə çıxış edən seçicilər bildirdilər ki, Ağalar Vəliyevin rəhbərliyi ilə Murovdağdan rayonun17 kəndinə içməli su çəkilib, rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var. Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik.

Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə respublikamızda, eləcə də respublikamızdan kənarda apardığı sosial iqtisadi işlərdən geniş danışdı və seçiciləri 1 noyabrda YAP-ın namizədinə səs verməyə çağırdı.

yap.org.az

Digər xəbərlər