PDF Oxu

Siyasət

  • 20

YAP-ın deputatlığa namizədi Masallı gəncləri ilə görüşüb

YAP-ın deputatlığa namizədi Masallı gəncləri ilə görüşüb

Nəriman Əliyev gənclərin istək və təkliflərini dinlədikdən sonra onların suallarını cavablandırıb

Dünən YAP Masallı rayon təşkilatının inzibati binasında 70 saylı Masallı şəhər Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Nəriman Əliyevlə partiyanın rayon təşkilatının gənc fəallarının görüşü keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq deputatlığa namizəd Nəriman Əliyev haqqında gənc fəallara geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru!" olduğunu qeyd edən partiya sədri məhz Azərbaycan gəncliyinin yaxından iştirakı ilə bu hədəflərə çatılacağına inandığını vurğulayıb.

Çıxış edən YAP-ın gənc fəalı Nemət Abdullayev Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğıdan söz açıb. Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ümummilli Liderin əsasını qoyduğu siyasi ənənələrin bu gün də YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Digər gənc fəal Əli Məmmədli hər zaman olduğu kimi, bu seçkidə də YAP-ın zəfər çalacağına inandığını və bütün gənclərin partiaynın namizədlərinə səs verəcəklərini bildirib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Nəriman Əliyev dövlətin müasir Azərbaycan gəncliyinə çox böyük önəm verdiyini vurğulayıb: "Dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir. Dövlətin gəncliyin inkişafı üçün həyata keçirdiyi müxtəlif sosial layihələr gəncliyin inkişafına böyük stimul yaradır. Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olan gəncliyə dövlət tərəfindən hər zaman qayğı göstəriləcəkdir. Bu birbaşa möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin nəzarətindədir". YAP-ın uğurlarının bütün Azərbaycanın uğurları olduğunu və bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının böyük zəhmətinin olduğunu qeyd edən Nəriman Əliyev gəncləri qarşıdan gələn seçkilərdə fəal olmağa, rəhbəri Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev olan YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Nəriman Əliyev ümidvar olduğunu bildirərək, görüşə gələn gənclərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səsləyib. Namizəd, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğruldacağını bildirib.

Sonda gənclərin istək və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

R.KAMALQIZI

Digər xəbərlər