PDF Oxu

Siyasət

  • 31

Yeni Azərbaycan Partiyası seçkilərin favoritidir

Yeni Azərbaycan Partiyası seçkilərin favoritidir

Xaçmazlı seçicilər YAP-ın namizədlərini dəstəkləyirlər

Dünən YAP-ın 55 saylı Xaçmaz Seçki Dairəsində namizədliyi YAP tərəfindən irəli sürülmüş Səlimov Eldəniz Adil oğlu Müşkür və Köhnə Xaçmaz kənd seçiciləri ilə görüşüb. Görüşdə YAP Xaçmaz rayon Seçki Qərərgahının sədri Nazim Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı olduğunu ölkədə keçirilən bütün seçkilərdə qazandığı parlaq qələbələrlə sübut edib. O, vurğulayıb ki, YAP Azərbaycanda ən nüfuzlu partiya kimi, ölkənin inkişafı və xalqın rifahı naminə fəaliyyət göstərir: "Yeni Azərbaycan Partiyası qarşıdan gələn 1 noyabr parlament seçkilərində məhz "Yeni hədəflərə doğru!" şüarı ilə iştirak edir. Ölkənin sosial-iqtisadi qüdrətinin artması, milli dövlətçiliyimizin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının başlıca amalı və əsas hədəfidir. Parlamentdə çoxluq təşkil edən partiya kimi, mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin təkmilləşdirilməsində və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür. Bu səbəbdən, Xaçmazda seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Bu, Yeni Azərbaycan Partiyasına böyük inamın və yüksək etimadın göstəricisidir".

N.Ağayev Eldəniz Səlimovun həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib: "Yeni Azərbaycan Partiyasının namizədi kimi, Eldəniz Səlimov üzərinə düşən məsuliyyəti hiss edən namizəddir. O, sizin seçiminizə güvənərək, azad və demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışır. Seçkidə qələbə qazanacaq əksər Yeni Azərbaycan Partiyası namizədləri sırasında Eldəniz Səlimovun da olacağına inanırıq".

Görüşdə seçicilərdən Raisa Cavadova, Nağı Sadıqov, Kəmalə Bədəlova, İnqilab Musayev, Xanlar Əsgərov çıxış edərək namizədi tanıdıqlarını və intellektinə, potensialına tanış olmaqlarını bildirməklə, gələcəydə rayonumuzu Milli Məclisdə layiqli təmsilçisi olacağına inandıqlarını bildirdilər.

Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 55 saylı Xaçmaz Seçki Dairəsindən namizədi Eldəniz Səlimov keçirdiyi görüşlərdə seçki platforması barədə dolğun, ətraflı məlumat verib, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb. Milli Məclis üzvlüyünə namizəd Eldəniz Səlimov, həmçinin seçicilərə təbliğat-təşviqat kampaniyasında onu səmimi qarşıladıqlarına, fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirib.

R.HÜSEYNOVA

Digər xəbərlər