Partiya tərəfindən naizədliyi irəli sürülmuş Vüsal Hüseynovun seçiciləri ilə görüşü keçirilib
Ucar rayonunda namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş Hüseynov Vüsal Afqan oğlunun rayonun Ənvər Məmmədxanlı, Yuxarı Çiyni, Türkərri kəndlərində və Ucar rayon bələdiyyəsində seçicilərlə görüşü keçirilib. Görüşü açıq elan edən YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandırıb. Qeyd olunub ki, partiyanın namizədlərinin hər biri qələbəyə layiqdirlər və onlar bir amala xidmət edirlər - Azərbaycanın daha güclü, daha qüdrətli və inkişaf edən ölkə olması üçün.
Daha sonra YAP-ın namizədi seçicilərə öz pllatforması haqqında geniş məlumat verib. O bildirib ki, YAP-ın əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılmasıdır: "Bu baxımdan, biz ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının yürütdüyü uğurlu siyasətini və strateji hədəflərini dəstəkləməli, Onun ətrafında daha da sıx birləşməliyik. Bu gün partiyamızın kifayət qədər millət vəkilləri var və onlar da öz seçiciləri qarşısında götürdükləri öhdəliklərini uğurla icra edirlər. Əldə edilən uğurlar isə həm də partiyamızın nailiyyətləridir."
Vüsal Hüseynov seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət edib.
Çıxış edən seçicilər - Yuxarı Çiyni kəndinin təhsil işçisi Maya Qədirova, Türkərri kəndinin ağsaqqalı Faiq Umudov, təhsil işçiləri Sədaqət İbrahimova, Vabil Umud və digərləri öz çıxışlarında YAP-ın namizədlərinin qələbəsinə inandıqlarını vurğulamaqla yanaşı, hər bir ölkə vətəndaşını hakim partiyanın namizədlərinə səs verməyə çağırıblar.
RÖVŞƏN