PDF Oxu

Siyasət

  • 25

YAP seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq

YAP seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq

1 noyabr 2015-ci ildə tarixdə Milli Məclisə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar Qusar rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Azər Badamovun rayonun Zindan Muruq, Əniq və Urva kəndlərində seçilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri, Seçki Qərargahının sədri David İbramxəlilov çıxış edərək noyabrın 1-də MM-ə keçiriləcək növbəti parlament seçkilərinin keçiriləcəyini qeyd edib. YAP-ın hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü bildirən D.İbramxəlilov partiyanın "Yeni hədəflərə doğru" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq, seçicilərin dəstəyilə qarşıya qoyulan hədəflərə çatacağına əminliyini bildirib.

Görüşlərdə deputatlığa namizədin vəkili Hüseyn Qafarov çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Azər Badamovun gördüyü işləri diqqətə çəkərək seçiciləri ona dəstək olmağa çağırdı. Onun, həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq bir ziyalı olduğunu bildirən natiq dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Azər Badomova səs verməyə çağırdı. Seçicilərin YAP namizədlərinin təbliğat-təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq.

Görüş seçicilərlə deputatlığa namizəd arasında sual-cavab xarakterli maraqlı müzakirələr aparıldı.

Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə edib.

Görüşlərdə seçiciləri maraqlandıran suallar detutatlığa namizəd tərəfindən cavablandırılıb.

51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa Yeni Azərbaycan Partiyasının namizədi Badamov Azər Camal oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Köhnə Xudat, İmamqulukənd, Gedəzeyxur və Gündüzqala kəndlərində seçilərlə keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri, Seçki Qərargahının sədri David İbramxəlilov, namizədin vəkili Nadirşah Şirinov çıxış ediblər.

Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat verib. O, hər zaman olduğu kimi, partiyanın namizədlərinin seçicilərin etimadını doğruldacaqlarını diqqətə çatdırıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər