PDF Oxu

Siyasət

  • 19

Yeni Azərbaycan Partiyası qələbələrə doğru

Yeni Azərbaycan Partiyası qələbələrə doğru

Bahar Muradova seçiciləri ilə görüşdü

84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Əvəz qızı Muradovanın rayonun Qazaxlar kəndində seçicilərlə görüşü olub. Tədbir iştirakçılarını salamlayan rayon təşkilatının sədri Almaz Həşimova parlament seçkilərində partiyanın namizədi olan Bahar Muradovanın tərcümeyi-halı barədə məlumat verərək, onun vəkillərini kənd sakinlərinə təqdim edib. Sonra vəkillər çıxış edərək Bahar Muradovanı dəstəkləməklə ölkə rəhbərliyinin daxili və xarici siyasətini və YAP-ın bu siyasətdəki mövqeyinə birmənalı münasibətlərini ifadə etdiklərini bildirmiş, hər kəsi seçkilərdə fəal olmağa səsləmişlər.

Deputatlığa namizəd Bahar Muradovaya xitabən çıxış edən kənd ağsaqqalı Bayandur Şirinov republikada aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını ifadə edərək, dövlət rəhbərinin bütün məsələlərə dair mövqelərinə dəstək olduqlarını bildiribdir.

Qazaxlar, Mirzənağılı və Əhmədalılar kənd sakinləri - fermer Oqtay Alışov, müəllimə Vəfa Süleymanzadə, Günel Süleymanova və İlahə Zeynalova öz çıxışlarında YAP-nın fəaliyyətinə rəğbətlə yanaşdıqlarını qeyd edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, habelə ən müxtəlif səviyyələrdə onları ləyaqətlə təmsil edən Bahar Muradovaya təşəkkür edib və növbəti 5 il üçün yenidən Bahar Muradovanı Milli Məclisin üzvü kimi görmək arzusunda olduqlarını bildiriblər.

Bahar Muradova bütün çıxışçılara və onunla görüşə gəlmiş sakinlərə minnətdarlığını bildirərək həmişə Heydər Əliyev ideyalarının təşəkkül tapması üçün Azərbaycan dövlətinin və Azərbaycan xalqının, xüsusilə də özünün də təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa həmişə hazır olduğunu bildiribdir. Cəbhənin təmas xəttində yaşayıb fəaliyyət göstərməklərinə baxmayaraq kənd sakinlərinin ruh yüksəkliyinə, nikbinliklərinə, doğma torpaqlarına çox bağlı olduqlarına heyranlığını gizlətməyən Bahar Muradova dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun və ədalətli həllinə nail olunacağına inamını ifadə edərək bu amal uğrunda daha sıx birləşməyə çağırmışdır.

Sonda seçicilərlə kollektiv şəkil çəkdirib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər