PDF Oxu

Siyasət

  • 33

M.Zaxarova: Rusiya Azərbaycanla terrorçuluğa qarşı mübarizə məsələlərinə dair dialoq aparır

M.Zaxarova: Rusiya Azərbaycanla terrorçuluğa qarşı mübarizə məsələlərinə dair dialoq aparır

Rusiya terrorçuluğa qarşı mübarizə məsələlərinə dair həm Azərbaycan, həm Türkiyə, həm də İranla dialoq aparır. Bu ölkələrin təmsilçiləri ilə müxtəlif səviyyələrdə daim danışıqlar aparılır, görüşlər keçirilir.Bu barədə RF Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova Moskvada növbəti brifinq zamanı deyib.O qeyd edib ki, terrorçuluğa qarşı mübarizə məsələlərində Rusiyanın qarşılıqlı fəaliyyət göstərməyə hazır olduğu "ölkələrin limiti və ya siyahısı" yoxdur. M.Zaxarova deyib: "Bu mübarizəni daha təsirli etmək üçün biz istənilən ölkə və qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Türkiyədəki son faciəli hadisələr, qanlı terror aktı terrorçuluğa qarşı müqavimət göstərənlərin cəhdlərinin əlaqələndirilməsinin və sıralarının möhkəmləndirilməsinin çox vacib olduğunu vurğuladı".RF XİN-in nümayəndəsi qeyd edib ki, terrorçuluğa qarşı "bütün mümkün alətlərdən" istifadə etməklə bütün səviyyələrdə mübarizə aparmaq lazımdır.

AZƏRTAC

Digər xəbərlər