PDF Oxu

Siyasət

  • 26

VIII Beynəlxalq Atatürk konfransı davam edir

VIII Beynəlxalq Atatürk konfransı davam edir

Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransı bu gün də öz işinə davam edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, əsas mövzusu "Atatürk və Türk Mədəniyyət Coğrafiyasında Qafqaz və Ətrafı" olan konfransa Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunur. Bugünkü məruzələrdə müharibələrin səbəb olduğu köçlər, Birinci Dünya Müharibəsindən sonra regionda yaşanan siyasi hadisələr kimi tarixi mövzulara toxunulub.Qeyd edək ki, konfrans bu gün axşam yekunlaşacaq. Sabah isə iştirakçılar Şəki şəhərinə yollanacaq, Qax rayonunda Yunus Əmrənin məzarını ziyarət edəcəklər."Tarixə nəzər saldıqda görürük ki, Qafqaz hər zaman diqqət mərkəzində olub. Alman politiloqu Frederik Razzelin dili ilə desək, dövlətlər onlar üçün önəmli olmayan bölgələrə maraq göstərmirlər və ya bizdə deyildiyi kimi, meyvəsi olmayan ağaca daş atmazlar. Burada baş verən tarixi hadisələr də bu coğrafiyada yaşayan əhalinin və sadəcə Azərbaycan Türklərinin yox, Ahıska Türklərinin də öz yurd yuvalarını ataraq Anadoluya köç etmələrinə səbəb olub"– deyə, Atatürk Araşdırma Mərkəzinin üzvü Mustafa Turan bildirib.

sia.az

Digər xəbərlər