PDF Oxu

Siyasət

  • 23

YAP-ın namizədi növbəti görüşünü Yasamalda keçirdi

YAP-ın namizədi növbəti görüşünü Yasamalda keçirdi

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlu bu gün Yasamal rayon 38 saylı orta məktəbdə seçiciləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın Laçın rayon təşkilatının sədri Aqil Nəzərli, Abbaszadə Mahir Tapdıq oğlunun vəkili Qəzənfər Hüseynov, Laçın rayonundan olan ziyalılar, məktəb müəllimləri, gənclər iştirak edib.Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start verilib.YAP-ın Laçın rayon təşkilatının sədri Aqil Nəzərli çıxış edərək Mahir Abbaszadəni savadlı gənc kimi tanıdığını bildirib. O, namizədin yüksək peşəkar keyfiyyətlərə malik olduğunu vurğulayıb: "Bizə Milli Məclisdə Mahir Abbaszadə kimi deputat lazımdır".YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə geniş danışıb.O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən laçınlı köçkünlərin problemlərinin həlli daimi dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub. O, seçicilərə deputat olacağı təqdirdə görəcəyi işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma laçınlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq".Seçicilər də keçiriləcək bütün görüşlərdə yüksək fəallıq nümayiş etdirəcəklərini və Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.Qeyd edək ki, Azərbaycan Respblikasında Milli Məclisə seçkilər noyabrın 1-i 2015-ci il tarixində keçiriləcək.

yap.org.az

Digər xəbərlər