PDF Oxu

Siyasət

  • 27

Demokratik seçki keçirmək ənənəsi bu dəfə də dəyişməzdir

Demokratik seçki keçirmək ənənəsi bu dəfə də dəyişməzdir

Məlum olduğu kimi, parlament seçkilərinin təbliğat-təşviqat dövründə bəzi beynəlxalq təşkilatlar, xüsusilə də, adlarını hüquq müdafiəcisi qoymuş beynəlxalq qurum təmsilçiləri Azərbaycandakı insan hüquqları ilə bağlı qərəzli fikirlər səsləndirib, hesabatlar yayırlar. Təbii ki, bu, eyni mərkəzdən Azərbaycana qarşı yönələn qərəzli təbliğatın nəticəsidir. Söhbət etdyimiz müsahiblərimiz Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsindən, bəzi yerli və xarici qüvvələrin ciddi narahat olduqlarını və bu səbəbdən, ölkəmizin uğurlarına kölgə salmaq üçün qərəzli fəaliyyət yolu tutduqlarını bildirdilər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Hərmişə parlament seçkilərinin təbliğat-təşviqat dövründə bəzi beynəlxalq təşkilatların Azərbaycan haqqında yersiz çıxışlar etməsi, ilk öncə onların gücsüzlüyündən xəbər verir. Çünki həmin beynəlxalq təşkilatlar və adlarını hüquq müdafiəcisi qoymuş beynəlxalq qurum təmsilçiləri reallığı özündə əks etdirməyən qərəzli fikirlər səsləndirib, seçki prosesinin şəffaflığına kölgə salmaq istəyirlər. Lakin hər zaman olduğu kimi, bu dəfə də ölkəmizə qarşı qərəzli mövqe tutan qüvvələrin bu istəkləri xəyal olaraq gözlərində qalacaqdır. Çünki Azərbaycanın dünyada böyük nüfuzu, siyasi və iqtidai gücü var. Bütün qarayaxmalara, böhtanlara baxmayaraq Azərbaycan hüquqi- demokratik dövlət quqruculuğu yolunu davam etdirəcək. Bu prinsiplərə uyğun olaraq parlament seçkiləri tam şəkildə azad və demokratik şəraitdə keçiriləcək. Bununla da ölkəmiz növbəti tarixini yazmış olacaq.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Azərbaycan müstəqillik qazandıqdan sonra Qərb dövlətlərinin bəziləri və beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlar tətbiq edirlər. Onların bu cür hərəkətlərə əl atmaları inkişaf etmiş Azərbaycanın uğurlarına qısqanclıq hissi ilə yanaşmasından irəli gəlir. Beynəlxalq təşkilatlar, xüsusilə də adlarını hüquq müdafiyəçisi qoymuş beynəlxalq qurum təmsilçiləri bu cür yersiz bəyanatlar səsləndirməsi ən çox ölkəmizdə hər hansı seçkilərin keçirilməsi vaxtı baş verir. Amma həmin qüvvələrin nə etməsindən asılı olmayaraq, onların bu cür yersiz bəyanatları seçki prosesinə təsir etməyəcəkdir. Çünki Azərbaycanın tutduğu yol dönməz və dəyişməzdir.

GÜLYANƏ

Digər xəbərlər