PDF Oxu

Siyasət

  • 29

YAP-ın Daşkəsən və Lerik rayon təşkilatları təbliğat kampaniyasında aktivləşiblər

YAP-ın Daşkəsən və Lerik rayon təşkilatları təbliğat kampaniyasında aktivləşiblər

Daşkəsən

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Bayramov Kamran Fərhad oğlunun Bayan kəndində və Daşkəsən şəhərində seçicilərlə görüşü keçirilib.

Lerik

Noyabrın 1-də Milli Məclisə keçiriləcək deputatlıq seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lerik seçki dairəsindən namizədliyi irəli sürülən İqbal Məmmədovun təbliğat kompaniyası çərçivəsində Mistan inzibati ərazisində seçicilərlə görüş keçirilib. Görüşdə ərazinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri və gənclər olmaqla 130 nəfərə yaxın seçici iştirak edib. YAP-ın Lerik rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək təmsil olunduğu partiyanın seçki platforması ilə seçiciləri tanış edib, ölkədə gedən sürətli inkişafdan, cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söhbət açıb.

Sonra namizədin vəkilləri Həmzə Vəliməmmədov, Elman Rəcəbov deputatlığa namizəd İ.Məmmədov haqqında ətraflı məlumat verərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar: "Bu gün ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli inkişaf və modernləşdirilmə strategiyası öz bəhrəsini verir. Paralel surətdə aparılan iqtisadi və siyasi islahatlar ölkəmizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində və hüquqi dövlət quruculuğunda mühüm irəliləyişlərə, parlaq nailiyyətlərə gətidirb çıxarır. Bölgələrdə sosial-iqtisadi layihələr uğurla realllaşdırlır, əhalinin rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşır, xalqla hakimiyyət arasında əlaqə möhkəm və ayrılmaz vəhdət təşkil edir. Məhz bunların nəticəsidir ki, indiyəqədərki seçkilərdə cənab İlham Əliyevin sədrliyi ilə YAP uğurla iştirak edərək qalib partiya adını qazanıb. Bunun davamlı olması üçün sizləri noyabrın birində də YAP-ın namizədlərinə səs verməyə çağırırıq".

Seçicilərdən Əlişa Muradov, İskəndər Yusifov və digərləri çıxışlarında birmənalı olaraq Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət bəyəndiklərini və YAP-ın namizədinə səs verəcəklərini birmənalı olaraq qeyd ediblər.

sia.az

Digər xəbərlər