Rauf Əliyev: "Seçicilərin təkliflərini dinləmək, onları yerinə yetirmək bizim ən ümdə borcumuzdur"
Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Rauf Əliyevin Şağan qəsəbəsində seçicilərlə görüş keçirib. YAP Mərkəzi Seçki Seçki Qərargahının Xəzər rayon şöbəsinin sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov çıxış edərək bildirib ki, Rauf Əliyevin fəaliyyəti barədə ölkə ictimaiyyətində kifayət qədər məlumatlar var. Onun Azərbaycanın inkişaf və tərəqqisində bir millət vəkili kimi oynadığı rol da, ilk növbədə Vətəninə, dövlətinə, xalqına sadiqliyi ilə bağlıdır: "Eyni zamanda, bu siyasətin aparıcı və avanqard gücü olan Yeni Azərbaycan Partiyasının dövlət siyasətində oynadığı rol da çox önəmlidir. Partiyamızın Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalq tərəfindən dəstəklənir. Məhz xalq-iqtidar vəhdətinin nəticəsidir ki, Azərbaycan dünyada söz sahibinə çevrilib. Söz yox ki, ölkəmizin inkişafında parlamentin və orada fəaliyyət göstərən deputatlarımızın da rolları əhəmiyyətlidir. Təbii ki, burada YAP-ı təmsil edən deputatlarımız hər zaman fəallıqları ilə seçiliblər. Rauf Əliyev YAP-ı təmsil edən bir millət vəkili kimi ötən dövrdə üzərinə götürdüyü bütün öhdəlikləri şərəflə yerinə yetirib. Bu gün onun hər bir seçicisi bir daha Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyini vurğulayır".
Rauf Əliyev də, öz növbəsində seçicilərə bildirib ki, millət vəkili ilk öncə, millətinin vəkili olmalı, dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan çalışmalıdır: "Məhz bu amili hər zaman diqqətində saxlayan millət vəkili seçicilərinin qarşısına inamla, fərəhlə çıxır. Həm deputatlığa namziəd kimi, həm də seçiki dairəsində yaşayan hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim ümdə borcumuzdur".
Sonra seçicilər öz namizədləri haqqında fikirlərini bildiriblər. Çıxış edənlər keçən dövr ərzində Rauf Əliyevin qəsəbənin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək qəsəbədəki bir neçə problemin həllində köməklik göstərməyi xahiş ediblər.
Birinci növbədə, qəsəbədə fəaliyyət göstərən 60 yerlik uşaq bağçasının ərazisində müasir tələblərə cavab verən yeni uşaq bağçasının tikilməsi məsələsinin vacibliyi qeyd edilib. Rauf Əliyev təklifləri dinlədikdən sonra, qəsəbənin ağsaqqalları və ziyalıları ilə səmimi söhbət edən namizəd onlarla müxtəlif məsələləri əhatə edən diskussiyaya qoşulub.
Rövşən NURƏDDİNOĞLU