PDF Oxu

Siyasət

  • 30

Yeni Azərbaycan Partiyası ilə həmrəyik

Yeni Azərbaycan Partiyası ilə həmrəyik

Xaçmazlılar YAP-ın namizədinə səs verəcəklərini söyləyirlər

Yeni Azərbaycan Partiyasının namizədləri, Azərbaycanın digər bölgələrində olduğu kimi, Xaçmazda da təbliğat-təşviqat kampaniyasını böyük uğurla davam etdirirlər. Keçirilən görüşlərdə YAP namizədləri seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanırlar. Belə görüşlərdən biri də dünən Yeni Azərbaycan Partiyasının 55 saylı Xaçmaz kənd Seçki Dairəsindən Milli Məclisə namizədi Eldəniz Adil oğlu Səlimovun Yergüc kəndinin sakinləri ilə görüşü olub. Xaçmaz seçicilərinin yüksək fəallığı ilə keçən tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının ilk gündən gözlənildiyi kimi, uğurlu olduğunu söyləyib. N.Ağayev Milli Məclis üzvlüyünə namizəd Eldəniz Səlimovun həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib və YAP-ın Milli Məclisə irəli sürdüyü namizədin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əminliyini bildirib.

Görüşdə Mahmud Abdullayev, Fatma Fərzəliyeva, Nəsrəddin Osmanov, Vaqif Səlimov və başqaları çıxış edərək deputatlığa namizəd kimi Eldəniz Səlimovun müsbət şəxsi keyfiyyətlərinin olduğunu vurğulayıblar və seçki günü hamılıqla partiyanın namizədinə səs verəcəklərini bildiriblər

Sonra çıxış edən YAP-ın 55 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizəd Eldəniz Adil oğlu Səlimovun platforması barədə danışıb. O, kənd sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. Görüş iştirakçıları isə, mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.

Sonda görüşdən razı qalan sakinlər namizədin çıxışını böyük maraq və rəğbətlə qarşılayıblar və Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Adil oğlu Səlimovu dəstəkləyəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər