PDF Oxu

Siyasət

  • 31

Binəqədidə Rəsulzadə qəsəbə seçiciləri ilə görüş keçirilib

Binəqədidə Rəsulzadə qəsəbə seçiciləri ilə görüş keçirilib

1 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun Rəsulzadə qəsəbə seçiciləri ilə görüşü keçirildi.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov son 10 il ərzində Prezident Cənab İlham Əliyevin rəhbəliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi. Ümumi daxili məhsulun, sənaye və kənd təsərrüfatı, orta aylıq əmək haqqının və pensiyanın,sosial müavinətlərin artdığını, yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldığını vurğuladı. R.Göyüşov qəsəbə seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Kamaləddin Qafarov Rəsulzadə qəsəbəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, ölkə başçısının reallaşdırdığı uğurlu islahatlar nəticəsində bütün ölkəmizdə olduğu kimi, qəsəbədə də uğurlu nəticələr əldə olunub. Bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Cənab İlham Əliyevin dövlətçiliyimizin və xalqımızın tərəqqisinə yönəlmiş siyasətinin nəticəsidir. K.Qafarov bütün seçicilərini bu amallar uğrunda yola çıxmış YAP-ın namizədlərinə səs verməyə dəvət etdi. O, seçicilərinin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə, daim onların yanında olacağını, onların bütün problemlərinin, fikir və təkliflərinin həllinə yardım edəcəyini söylədi. Görüşdə çıxış edən professor Nadir Hüseynov K.Qafarovu yaxından tanıdığını və onunla ünsiyyətdə olan bir insan kimi xarakterizə edərək, qısa məlumat verdi. Bildirdi ki, yüksək savada və bacarığa, peşəkarlığa malik olan K.Qafarov millət vəkili seçilərsə, bu vəzifəsinin də öhdəsindən layiqincə gələcək. Professor seçici kimi özünün, bütün yaxınlarının K.Qafarova səs verəcəyini söylədi. Görüşdə Rəsulzadə ziyalılarından - Hümbət Hüseynov, Məmməd Kazımov, İbrahim Məhərrəmov və başqaları çıxış edərək, qəsəbə seçicilərini YAP-ın namizədinə səs verməyə çağırdılar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər