PDF Oxu

Siyasət

  • 34

Müstəqil Azərbaycan və dövlət qadın siyasəti

Müstəqil Azərbaycan və dövlət qadın siyasəti

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə "Müstəqil Azərbaycan və dövlət-qadın siyasəti" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatı qadınlar şurasının sədr müavini Neva Abdurəhmanova açaraq ölkəmizin müstəqilliyinin əldə olunmasının xalqımızın ən böyük arzusu olduğunu bildirib. Natiq əldə olunmuş müstəqilliyin qorunması üçün Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyətini qeyd edib. O, dövlət-qadın siyasətinə nəzər salaraq, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasətinin Azərbaycan Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda qadın problemləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.

Konfransda çıxış edən YAP Siyasi Şuranın üzvü, Qusar rayon təşkilatının sədri David İbramxəlilov Azərbaycanın müstəqillik uğurlarından və Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda görülən işlərdən, dövlətin dünyaya inteqrasiya olunmasındakı məqsədyönlü fəaliyyətindən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yürütdüyü siyasət nəticəsində Azərbaycanın bütün dünyada tanındığını vurğulayıb. Qeyd edib ki, Dahi Öndərin ideyaları bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.

Sonra konfransda çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısının müavini Zoya Eldarova, YAP Qusar rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Qlıçova tədbir iştirakçılarını müstəqillik günü münasibətilə təbrik edib, müstəqil Azərbaycanda dövlət-qadın siyasətindən söz açıblar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında seçilən fəal qadınlar fəxri fərmanlarla təltif olunublar.

Tədbirin sonunda rayon qadınlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər