SİAYSİ RAKURS
Və ya qeyri-ciddi siyasətdən doğan qərəzkarlar toplumu
Son zamanlar, xüsusilə parlament seçkiləri öncəsi Qərbdə müəyyən dairələrin Azərbaycana qarşı təxribat kampaniyası davam edir. İstər bəzi qərəzli təşkilatların və erməni lobbisinin himayəsi ilə fəaliyyət göstərən təşkilatların, istərsə də bir sıra Avropa qurumlarının bu cür fəaliyyətləri, yəni öz gözlərindəki tirləri görməzlikdən gələrək, başqalarının göznüdə qıl axtarmaları, nəticədə onlar barədə növbəti ifşaedici faktların ortaya çıxmasına səbəb olur. Bu xüsusda Avropa Parlamenti daha çox canfəşanlıq göstərdiyini xatırlatmaq yerinə düşərdi. Ancaq bu günlərdə Avropa Şurasının da can fəşanlığı digər bir sıra məsələləri önə çıxarmış olur. Azərbaycanda "ifadə azadlığının pozulması ilə" bağlı Avropa Şurasının səsinin daha möhkəm çıxmalı (?-R.N.) olduğunu tələb edənlərin elə Strasburqdaca toplaşıb sifarişli tədbir keçirmələri bu kimi qondarma tədbirin mövzusundan da aşıq-aşkar görünüb. Daha dəqiq desək, daim erməni lobbisinin onlara sarı buraxdığı maddi axından yararlanan, yəni siyasi korrupsiyaya bulaşan ermənipərəst avroparlamentarilərin növbəti dəfə ölkəmiz barədə danışarkən böyük həvəslə yaxa-başlarını cırmalarından da görünür ki, məsələnin əsas mahiyyəti haraya söykənir.
Əgər erməni lobbisi əlavə pul verərsə, Avropa Şurasının bu kimi komissarları" hətta ABŞ prezidneti "Barak Obamanı öz nənəsini zorlayıb" ittihamında suçlayarlar!
Beləliklə, ifadə azalığı sahəsində vəziyyətin "xüsusi narahatlıq doğurduğu (?!-R.N.) ölkələr arasında" Azərbaycanın adının çəkilməsində erməni lobbisinin çəkdiyi "zəhmətin bəhrəsini göstərməkdən ötrü" daha hansı ucuz şoulara əl atılmayıb ki!
Məsələn, uzun-uzadı çıxışlardan sonra əsas məsələyə, yəni Azərbaycanın adının çəkilməsinə və ölkəmizə qarşı qarayaxma kampaniyasına start verilib. Açılış mərasimindən sonra müzakirələr zamanı rəyasət heyətində oturan AŞ İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks öncədən hazırlanmış suala, öncədən hazırlanmış cavab verib və sən demə o, bu yaxınlarda Azərbaycanda "hüquq müdafiəçiləri"nin həbsi ilə bağlı 5-6 işlə bağlı məsələ də qaldırıbmış (?-R.N.). Maraqlı və düşündürücüdür ki, Mujnikes ümumiyyətlə "hüquq müdafiəçiləri" deyilən tərəflərin nəyə görə Azərbaycanın hansı qanunarını pozduqlarına görə həbs olunduqlarının fərqinə varıbmı? Yaxud onların "günahsız" olduqlarını iddia etməklə, öz ölkəsində bənzər cinayətlər törədən insanları da günahsız hesab edərmi? Bax, məsələnin də kökü bundadır. Bizcə, əgər erməni lobbisi ona əlavə pul versə, Avropa Şurasının bu kimi komissarları, hətta ABŞ prezidneti Barak Obamanı öz nənəsini zorlamaqda ittihamında suçlayarlar!!!
Yaxşı olardı ki, məhz Avropa Şurasının bəzi ermənipərəst nümayəndələri Azəraycanın qarşısında atdıqları çoxsaylı qərəzləri haqqında hesabat versinlər
Biz hələ Almaniya parlamentinin şübhəli ombudsmanı, keçmiş AŞPA üzvü Kristof Ştrasseri demirik. Onun dəyərsiz fikirlərinə görə, əgər ölkələr (çox yəqin ki, o, burada Azərbaycanı nəzərdə tutub-R.N.) AŞ-dan çıxarılarsa, həmin ölkələrə qarşı təsir etmək olmayacaq. Demək, Ştrasser bilavasitə anti-Azərbaycan meyilli fərd olduğunu bu ifadələri ilə təsdiq edib. O, Azərbaycana təsir etmək, ölkəmizlə təzyiq dilində danışmaq istəyindədir. Lakin əlbəttə ki, bu, heç vaxt ona qismət olmayacaq!
Digər tərəfdən, Azərbaycanın kimsənin qarşısında hesabat verməyə öhdəçiliyi yoxdur və yaxşı olardı ki, məhz Avropa Şurasının bəzi ermənipərəst nümayəndələri Azəraycanın qarşısında atdıqları çoxsaylı qərəzləri haqqında hesabat versinlər. Çünki AŞ-də təmsil olunub-olunmamaq müstəqil siyasət yürüdən Azərbaycan üçün elə də önəmli məsələ deyil və əslində, Azərbaycan Avropa ailəsi üçün önəmli ölkə hesab olunur. Bu baxımdan, Azərbaycan bu öhdəlikləri tam şəkildə yerinə yetirib və hər hansı qurum qarşısında hesabat verməyə borclu deyil. Yəni Azərbaycanın Leyla Yunusun, Xədicə İsmayılın, Arif Yunusun, Rauf Mirqədirovun və sairlərin hansı cinayətlərinə görə məsuliyyətə cəlb olunmaları barədə kimsəyə hesabat verməyə borcu yoxdur.
Bəzi Avropa siyasilərinin bulaşdığı və sağalmaz, çarəsi olmayan xəstəliyi
Sonda isə belə bir nəticəyə gələrək, onu da vurğulaya bilərik ki, Avropa dairələrində Azərbaycanla bağlı səslənən bir sıra fikirlər reallıqdan uzaq, qərəzli, ədalətsiz və yersizdir. Yaxşı olardı ki, Avropa başbilənləri hazırda bu qoca qitənin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapsın. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibətini araşdırsın, insan hüquqlarının necə və hansı üsullarla tapdandığının fərqinə varsın. Avropanın erməni lobbisinin kirli korrupsiya pullarına yoluxmuş "demokratları" bu gün anti-Azərbaycan xəstəliyini müalicə etirmələriylə yanaşı, öz gözlərindəki tirləri də çıxartmağa çalışsınlar ki, doğrunu, realllığı, inkişaf və tərəqqini yaxşı görüb və dərk etsinlər. Hər halda bunu biz demirik, Avropa siyasilərinin bulaşdığı və sağalmaz, çarəsi olmayan xəstəliyi deyilənləri açıq-aşkar göstərir.
Rövşən NURƏDDİNOĞLU