PDF Oxu

Siyasət

  • 17

"Yeni hədəflərə doğru" şüarı hər kəsin qələbəyə olan inamını artırır

"Yeni hədəflərə doğru" şüarı hər kəsin qələbəyə olan inamını artırır

Ucar rayonunda partiya tərəfindən namizədliyi irəli sürülmuş Vüsal Hüseynovun seçiciləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsal Hüseynovun rayonun bələdiyyəsinin binasında və Alpi kəndində seçiciləri ilə görüş keçirib. Görüşü açıq elan edən YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva çıxış edərək, Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandırıb. Rayon təşkilatının sədri vurğulayıb ki, partiyanın namizədlərinin hər biri qələbəyə layiqdirlər. Çünki Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə daim qələbə və zəfərlər qazanaraq, xalqın etimadını doğruldan nüfuzlu təşkilatdır.

Sonra Vüsal Hüseynov YAP-ın namizədi olaraq, seçicilərə öz pllatforması haqqında geniş məlumat verib. Qeyd edilib ki, YAP-ın əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılmasıdır. Məhz Prezident İlham Əliyev Cənablarının yürütdüyü uğurlu siyasəti qeyd edilən fikirləri təsdiq edir.

Vüsal Hüseynov seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət edib.

Çıxış edən seçicilər də YAP namizədlərinin qələbəsinə inandıqlarını vurğulamaqla yanaşı, hər bir ölkə vətəndaşını hakim partiyanın namizədlərinə səs verməyə çağırıblar. Onlar YAP-ın "Yeni hədəflərə doğru" şüarı ilə növbəti qələbələrin qazanılacağını inamla vurğulayıblar.

RÖVŞƏN

Digər xəbərlər