PDF Oxu

Siyasət

  • 41

Politoloq: “Sarkisyanın çıxışında qeyri-adekvatlıq var” AÇIQLAMA

Politoloq: “Sarkisyanın çıxışında qeyri-adekvatlıq var” AÇIQLAMA

"Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan və özünü ərköyün uşaq kimi aparan havadarları hesabına cəfəngiyyat danışan Ermənistan rəhbərliyi ziddiyyətli bəyanatlarla çıxış edir". Bunu SİA-ya politoloq Arzu Nağıyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir: "Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək".A.Nağıyev deyib ki, Sarkisyanın çıxışında qeyri-adekvatlıq var: "Dağlıq Qarabağ separatizmi, Xocalı soyqırımı və digər cinayətlər üzərindən Ermənistan rəhbərliyinə gələn keçmiş səhra komandirləri belə bəyanat verə bilər. Onların başqa çıxış yolu yoxdur, çünki ölkəsində iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik olan bir rəhbər və onun komandası ancaq bu kartla özünü müdafiə edə bilər, öz avantüralı çıxışları ilə ərazisində yerləşən Rusiya hərbi hissəsini münaqişəyə qatmağa can ata bilər. Artıq bunlar keçmir. Çünki ölkəsində hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirir, Azərbaycana gəlirlər".

sia.az

Digər xəbərlər