PDF Oxu

Siyasət

  • 18

Sədr: “Ermənistan təhlükəsizlik problemlərinə görə məsuliyyət daşımalıdır” AÇIQLAMA

Sədr: “Ermənistan təhlükəsizlik problemlərinə görə məsuliyyət daşımalıdır” AÇIQLAMA

"Ermənistanda bu gün hakimiyyətdə olan siyasi qüvvələr Konstitusiyaya uyğun və demokratik seçkilərlə hakimiyyətə gəlməyib. 20 il əvvəl Azərbaycan torpaqlarını işğal edən, təxminən bir milyon insanın qaçqın olmasına səbəb olan, Azərbaycan Türklərinə qarşı qətliam və kütləvi qırğın törədən, Xocalı soyqırımını həyata keçirənlərdir. Bu siyasi qüvvələr 1990-cı illərin əvvəllərində Azərbaycan Türklərinə qarşı həyata keçirdiklərini bu gün öz xalqına qarşı həyata keçirir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, Ermənistan vətəndaşları öz ölkəsindən deportasiya edilmir, amma mövcud sosial-iqtisadi, siyasi problemlər onları ölkəni tərk etməyə məcbur edir, Ermənistan vətəndaşları ölkələrinin müdafiəsi zamanı öldürülmür, amma Prezident Serj Sərkisyan seçki nəticələrinə etiraz etdikləri üçün onlarla vətəndaşını İrəvanda Azadlıq meydanında güllələtdirə bilir: "Ermənistan hakimiyyəti hüquqən Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ ermənilərinin hüquqlarını qorumaq iddiasındadır amma ikinci ən böyük Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının əsgərinin 7 vətəndaşını qətl etməsinin qarşısını ala bilmir, onu cəzalandırmaqda belə acizdir. Ermənistan sadəcə ölkəsində deyil, eyni zamanda bölgədə yaranan təhlükəsizlik problemlərinə görə məsuliyyət daşımalıdır. Ermənistan sadəcə Azərbaycanın iqtisadi-siyasi inkişafı qarşısında mane deyil, eyni zamanda bölgənin iqtisadi-siyasi baxımından bütünləşməsi qarşısında da ciddi maneədir".

sia.az

Digər xəbərlər