PDF Oxu

Siyasət

  • 18

Tanınmış jurnalistlər Bakıda Dağlıq Qarabağı müzakirə edəcək

Tanınmış jurnalistlər Bakıda Dağlıq Qarabağı müzakirə edəcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "İrəli" İctimai Birliyi tərəfindən həyata keçiriləcək "Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və reallıqlar" layihəsi çərçivəsində artıq Avropanın bir çox ölkələrindən olan media nümayəndələri və tanınmış bloqqerlərinin iştirakı təsdiqlənib. SİA-nın məlumatına görə, layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrail ölkələrinin tanınmış media nümayəndələri Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan tərəfinin reallıqlarını öyrənmək məqsədi ilə səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycanın əzəli torpaqları olan Qarabağ haqqında, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə yanaşmasına dair, qaçqın və məcburi köçkünlərin problemlərinin tapdalanmış insan haqlarının beynəlxalq ictimaiyyətdə daha çox qabardılması ən əsas məqsədlərdəndir. Azərbaycanın yüksək sürətli inkişafı beynəlxalq ictimaiyyət üçün tolerant yanaşması və mövqeyi layihə çərçivəsində işıqlandırılacaq.Səfər zamanı yerli mətbuat orqanlarının bu məsələyə yanaşması, dövlət rəsmilərinin mövqeyi, vətəndaş cəmiyyəti institutları ilə görüşlərin keçirilməsi və təcrübi həqiqətlərin öyrənilməsi üçün xüsusi səfərlər nəzərdə tutulub.

sia.az

Digər xəbərlər