"Ümumiyyətlə Ermənistan prezidenti Serj Sarkisyan kimdir ki, onun adı bizim Prezidentimizin dilində səslənsin. O, adının dövlət başçımızın dilində səslənməsinə layiq deyil. Amma nə edək ki, Ermənistan qonşu və işğalçı dövlətdir" . Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, onlar nəinki Ermənistanda, eləcə də Dağlıq Qarabağın özündə hərbi polis rejimi qurublar: "Burada hər şey teatr tamaşasındakı kimidir. Sanki səhnə qurulub ki, sən bu, digəri isə başqa rolu oynamalı və danışığı danışmalıdır. Bütün bunların da başında dayanan heç şübhəsiz ki, Sarkisyanın özüdür. Bu şəxs düşük, nadan, qanmaz və səviyyəsiz adamın biridir. Sadəcə olaraq iş elə gətirib ki, onlar Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Əslində S.Sarkisyanın özünün potensialı qumarbazlıqdan başqa bir şey deyil. O, "Dağlıq Qarabağ Ermənsistanın tərkib hissəsidir" adlı bəyanatı ilə iç üzünü, mahiyyətini bir daha bütün dünyaya tanıtdı. Sarkisyan bu sözü işlətməklə Azərbaycanın təbliğatına böyük kömək etdi".
sia.az