PDF Oxu

Siyasət

  • 37

Saatlıda keçirilən treninqlərdə 39 məntəqədən 234 nəfər komissiya üzvi iştirak edib

Saatlıda keçirilən treninqlərdə 39 məntəqədən 234 nəfər komissiya üzvi iştirak edib

Oktyabrın 15-də 62 saylı Saatlı dairə seçki komissiyasının inzibati binasında Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində yekun treninq təşkil olunub.AZƏRTAC xəbər verir ki, treninqdə 6 məntəqə seçki komissiyasının üzvləri qarşısında çıxış edən dairə seçki komissiyasının sədri Arif Əliyev Milli Məclisə keçiriləcək seçkilərlə bağlı dairə və məntəqələrdə görülmüş hazırlıq işlərindən, qarşıda duran vəzifələrdən danışıb. Treninqdə dairə seçki komissiyasının üzvləri Abdulla Nurəliyev və Əlizaman Hüseynovun "Seçki günü prosedurları və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq", "Seçki bülletenlərinin təsnifatı" , "Səslərin hesablanması və yekun protokolunun doldurulması", "Səsvermənin prosedurlarına dair praktik tapşırıqlar" mövzusunda məruzələri dinlənilib. Təlim məşğələləri zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmaqla yanaşı, onlara Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri də paylanılıb.Dörd gün ərzində dairə seçki komissiyasında keçirilən praktik məşğələlərdə 39 məntəqədən 234 nəfər komissiya üzvü iştirak edib.

AZƏRTAC

Digər xəbərlər