PDF Oxu

Siyasət

  • 22

Gənclər yeniliyə və tərəqqiyə səs verəcəklər TƏDBİR

Gənclər yeniliyə və tərəqqiyə səs verəcəklər TƏDBİR

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında 29 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyevin gənclərlə görüşü keçirilib.SİA-nın məlumatına görə, tədbirdə 29 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev, YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov və fəal gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hacıyev haqqında gənc fəallara geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru!" olduğunu da xatırladan sədr müavini məhz Azərbaycan gəncliyinin yaxından iştirakı ilə bu hədəflərə çatılacağına inandığını deyib.Qeyd olunub ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğı bu faktoru kifayət qədər ehtiva etməkdədir.Sonra çıxış edən deputatlığa namizəd Şəmsəddin Hacıyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələrin bu gün də YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.Şəmsəddin Hacıyev qeyd edib ki, hər zaman olduğu kimi, bu seçkidə də YAP-ın namizədlərinin qələbə qazanacağı şübhəsizdir: "Dövlət müasir Azərbaycan gəncliyinə çox böyük önəm verir".Ş.Hacıyev vurğulayıb ki, dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir: "Belə ki, dövlətin gəncliyin tərəqqisi istiqamətində reallaşdırdığı çoxsaylı sosial layihələr bu nəslin nümayəndələrinin inkişafına kifayət qədər təkan verir. Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olan gəncliyə dövlət tərəfindən hər zaman qayğı göstəriləcəkdir. Bu birbaşa möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin nəzarətindədir". O cümlədən, YAP-ın uğurlarının həm də Azərbaycan xalqının uğurları olduğunu və bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının tükənməz zəhmətinin, qətiyyyətinin olduğunu bildirən namizəd gəncləri qarşıdan gələn seçkilərdə fəal olmağa, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev olan YAP-ın namizədlərinə səs verməyə çağırıb.Tədbir maraqlı müzakirələr və sual-cavab şəklində davam etdirilib.

yap.org.az

Digər xəbərlər