PDF Oxu

Siyasət

  • 26

“Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması”

“Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması”

Bu gün "Yeni Azərbaycan" qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması" mövzusunda seminar-treninq keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları qarşısında çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, hər bir cəmiyyəti irəli aparacaq vasitə yalnız elmdir. Onun sözlərinə görə, hazırda informasiya cəmiyyətində yaşayırıq. İnsanlara bu informasiyaları yalnız düzgün formada çatdırmaq lazımdır. Ona görə də bu işdə əsas məsuliyyət jurnalistlərin üzərinə düşür.Seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxış edib. Bildirib ki, Azərbaycan mətbuatında ictimai-siyasi mövzularda yazan jurnalistlərin, o cümlədən gənc jurnalistlərin ixtisaslaşmasının vacibliyini, eyni zamanda, hüquqi və demokratik dövlətdə KİV-in rolunun əhəmiyyəti böyükdür. Qafar Əliyev diqqətə çatdırıb ki, vətəndaşların dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək üçün ideya-siyasi təbliğat işlərinin həyata keçirilməsində ictimai-siyasi mövzularda yazan və təbliğat aparan gənc jurnalistlərin də üzərinə mühüm vəzifələr düşür. Cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin mahiyyətinin xalqa çatdırılması işində gənc jurnalistlərin peşə hazırlığının səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir.Seminarın keçirilməsində əsas məqsədlərdən biri hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Üç aylıq layihənin vəzifəsi demokratik Azərbaycan cəmiyyətinin qurucuları olan gənclərin ideya siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar, vətənpərvər və ictimai – siyasi baxımdan yetkin gənc jurnalistlərin yetişməsinə kömək etməkdən ibarətdir.Layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən jurnalistlərə sonda sertifikatlar təqdim olunacaq.Qeyd edək ki, seminar diskussiya formasında davam edib.

sia.az

Digər xəbərlər