PDF Oxu

Siyasət

  • 20

“Seçkilərdə qadın namizədlərə dəstək olaq”

“Seçkilərdə qadın namizədlərə dəstək olaq”

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası tədbir keçirib

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası tərəfindən "Seçkilərdə qadın namizədlərə dəstək olaq" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva, 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Dilarə Cəbrayılova və YAP Qadınlar Şurasının üzvləri iştirak ediblər.Çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, YAP digər partiyalardan fərqli olaraq xalqın mənəvi gücünü səfərbər etməklə , millətin mənəvi potensialını üzə çıxarmaqla öz məramına , məqsədinə nail olub: "Partiyamız həmişə xalqın mövqeyindən çıxış edib, fəaliyyətində milli maraqları üstün tutub, Azərbaycanda həyata keçirilən inkişaf siyasətində birbaşa iştirak edib. Eyni zamanda, partiyamız inkişaf siyasətinin uğurlarının əhali arasında təbliğatını da yüksək səviyyədə mütəmadi aparır. Bu yöndə bir çox tədbirlər keçirir ki, onların mövzusu vətəndaşlar üçün çox aktual olur. Partiyamız siyasi cəhətdən insanları hazırlayır, onların əqidəsinə, amalına müsbət təsir göstərən addımlar atır".N.Əliyeva qeyd edib ki, YAP hər zaman dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir: "YAP həmçinin siyasi sistemdə nümunə, örnək olmağı bacarıb. O, öz qədirbilənliyi ilə, yüksək mənəvi keyfiyyətləri ilə digər partiyalardan tam fərqli olduğunu ortaya qoyub. YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi insanlara yol göstərməyi bacarıb. Buna görə də, seçkilərlə də bağlı onun həyata keçirdiyi hazırlıq işləri ciddi həmişə nəticələr verib, bütün seçkilərdə qələbə qazanıb, namizədləri hər zaman əhali tərəfindən dəstək alıb. Bunlarla bərabər, YAP-ın ona nüfuz gətirən ən böyük uğuru Cənab İlham Əliyevin partiyamızın lideri olmasıdır".N.Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurası davamlı olaraq müxtəlif tədbirlər keçirir: "Hazırda bütün diqqətimizi Azərbaycanda keçiriləcək parlament seçkilərinə istiqamətləndirmişik. Təbliğat mərhələsində ölkə ərazisində "Qadın namizədlərə dəstək aksiyası" keçiririk. Namizədliyi ilk dəfə təqdim olunan qadınlarımızın platformasını dinləyir, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında fikirlərimizi qadınlarımızla bölüşürük. Namizədlərimizi gəncliyə tanıtmaq, gənc qızlarımızın fəallığını artırmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədimizdir. Heç şübhə etmirik ki, V çağırış parlament seçkilərində də Azərbaycan qadını cəmiyyətimizin həyatında , demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri daha çox əxz etməyimiz naminə fəaliyyət göstərəcək.Tədbirdə çıxış edən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir: "Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir. Ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin, təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq bütün prosesləri izləyərək, düzgün qiymət verərək bütün seçkilərdə, habelə bütün atdığı addımlarda, seçdiyi yolda YAP-a öz səsini verir. Bu ondan irəli gəlir ki, bu gün YAP-ın Sədri, ölkə başçısı cənab İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafını ən əsas amil kimi tutaraq Azərbaycan xalqının rıfahının artması, milli maraqların qorunması naminə çalışır. Bu gün Azərbaycan xalqı üçün YAP gələcəkdə əmin-amanlıq, firəvanlıq, sabitlik deməkdir, Azərbaycanın dünyada rolun artması deməkdir. Buna görə də, şübhəsiz ki, bu seçkilərdə də, həmişə olduğu kimi, YAP-ın namizədləri qalib gələcək". S.Fətəliyeva qeyd edib ki, qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu mənada onların seçkilərdə də fəal olacaqları şübhəsizdir. Tədbirdə həmçinin, 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Dilarə Cəbrayılova və iştirakçılardan şövkət Xanməmmədova və Könül Əfəndiyeva çıxış edərək seçkilərdə qadınların fəallığı ilə bağlı fikirlərini bildiriblər.

yap.org.az

Digər xəbərlər