PDF Oxu

Siyasət

  • 24

“Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır” AÇIQLAMA

“Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır” AÇIQLAMA

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı Ermənistandakı diktatura rejimini növbəti dəfə ifşa etdi və onların cinayət mahiyyətini bir daha ortaya qoydu". Bunu SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ifşası üçün apardığı davamlı və qətiyyətli siyasət düşmən ölkəni çətin duruma salıb: "Bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağı, ölkəmizin ayrılmaz hissəsidir. Bütün dünya ictimaiyyəti, BMT və digər beynəlxalq təşkilatlar bunu belə qəbul edir. Dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi və ya müstəqil qurum kimi tanımır. Belə bir şəraitdə diktator Sarkisyanın "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" kimi sərsəmləmə ilə çıxış etməsi, şübhəsiz ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi qeyri-adekvat və çox gərgin psixoloji durumda verilən bəyanatdan başqa bir şey deyil".Fərid Şahbazlı əlavə edib ki, bugün Ermənistan olduqca ağır siyasi-iqtisadi böhran içərsindədir və orada iqtidarla xalq arasında böyük uçurum mövcuddur: "Bütün nüfuzunu itirmiş Sarkisyan belə bir durumda daxili auditoriyaya hesablanmış Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiyalar etməyi yeganə çıxış yolu kimi görür. Ancaq bununla da o, Ermənistanın işğalçı mahiyyətini növbəti dəfə ortaya qoyur və belə populist açıqlamalarla özünün nə qədər qeyri-ciddi biri olduğunu göstərir".

sia.az

Digər xəbərlər