PDF Oxu

Siyasət

  • 20

YAP-ın namizədləri uğurlu seçki kapmaniyalarını davam edirlər

YAP-ın namizədləri uğurlu seçki kapmaniyalarını davam edirlər

Ucar rayonunda partiya tərəfindən namizədliyi irəli sürülmuş Vüsal Hüseynovun seçiciləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hüseynov Vüsal Afqan oğlunun

rayonun Boyat və Bağban kəndlərində və Ucar bələdiyyəsinin, eləcə də 3 və 4 saylı tam orta məktəblərinin akt zallarında seçiciləri ilə görüşləri keçirilib. Görüşlərdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandırıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə daim qələbə və zəfərləq qazanaraq, xalqın etimadını doğuldan nüfuzlu təşkilatdır. Bu baxımdan partiya tərəfindən namizədlikləri irəli sürülmüş hər bir namizədin qələbə əzmi tükənməzdir.

Vüsal Hüseynov YAP-ın namizədi olaraq, seçicilərə öz platforması haqqında geniş məlumat verib. Qeyd edilib ki, YAP-ın əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılmasıdır. Məhz Prezident İlham Əliyev Cənablarının yürütdüyü uğurlu siyasəti qeyd edilən fikirləri təsdiq edir.

Vüsal Hüseynov seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət edib.

Boyat kəndində keçirilən görüşdə kənd sakini Əlislam İsrayılov, Bağban kəndində keçirilən görüşdə kənd müəllimlərindən Binyət Binyətov, Adil Lətifov və Ucar rayonunun 4 saylı tam orta məktəbin müəllimi Yaşar Ağayev və 3 saylı tam orta məktəbin müəllimi Sədaqət Mikayılova çıxış ediblər. Çıxış edən seçicilər YAP namizədlərinin qələbəsinə inandıqlarını vurğulamaqla yanaşı, hər bir ölkə vətəndaşını hakim partiyanın namizədlərinə səs verməyə çağırıblar. Onlar YAP-ın "Yeni hədəflərə doğru" şüarı ilə növbəti qələbələrin qazanılacağını inamla vurğulayıblar.

Rövşən RƏSULOV

Digər xəbərlər