PDF Oxu

Siyasət

  • 23

Yeni Azərbaycan Partiyasının namizədi Elman Nəsirovun Ağdaş rayonunda seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının namizədi Elman Nəsirovun Ağdaş rayonunda seçicilərlə görüşləri davam edir

1 noyabr 2015-ci il tarixdə V çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalmaqdadır. Bununla əlaqədar olaraq ölkəmizdə namizədlərin təbliğat-təşviqat kampaniyası keçirilir. Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Nəsirov Elman Xudam oğlunun Ağdaş rayonundan olan seçicilərlə görüşləri davam edir. Növbəti görüş dünən rayonun Qəsil, Qarağan Şıxlar, Qulbəndə və Şordəhnə kəndlərindən olan seçicilərlə keçirilib. Seçicilərin çox böyük maraqla qatıldıqları görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin təbliğat qrupunun rəhbəri Qalib Həsənov açdı və Milli Məclis üzvlüyünə namizəd Elman Nəsirov haqqında seçicilərə geniş məlumat verərək ölkəmizdə keçirilən bütün seçkilərdə ağdaşlıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiklərini qeyd edib, Yeni Azərbaycan Partiyasının və onun sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin respublikamız üçün gördüyü işlərin bir qismini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Elman Nəsirov onlarla görüşündən məmnun olduğunu qeyd edib və seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib. Daha sonra Azərbaycan xalqının yekdiliklə dəstəklədiyi Yeni Azəbaycan Partiyasının ölkəmiz üçün gördüyü misilsiz işlərdən və partiyanın beynəlxaq əlaqələrindən söz açaraq görüş iştirakçıarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi tərəfindən kəndlərdə yaradılan yerli təbliğat qruplarının üzvləri Şordəhnə kənd ağsaqqalı Şahin Əhmədov, Qulbəndə kənd ümumi orta məktəbinin müəllimi Kamil Mustafayev, Qarağan Şıxlar kənd qadınlar şurasının sədri Səadət İbrahimova, Qəsil kənd tam orta məktəbinin müəllimi Ramazan Cabbarov və Qəsil kənd ağsaqqallar şurasının sədri Əyyub Şavəddinov öz ürək sözləri və fikirlərini səsləndirmiş, ağdaşlıların öz ənənələrinə sadiq qalaraq 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Pariyasının namizədi olan Elman Nəsirovu yekdilliklə dəstəkləyəcəklərini və bununla da Yeni Azərbaycan Pariyasının "Yeni hədəflərə doğru!" irəliləməsinə öz töhfələrini verəcəklərini bəyan ediblər.

Samir

Digər xəbərlər