PDF Oxu

Siyasət

  • 29

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

YAP tərəfindən 51 saylı Qusar Seçki Dairəsindən namizədliyi irəli sürülən Azər Badamovun seçicilərlə növbəti görüşü keçirilib

Dünən Milli Məclisə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası tərəfindən 51 saylı Qusar Seçki Dairəsindən namizədliyi irəli sürülən Badamov Azər Camal oğlunun rayonun Samur, Şirvanovka və Quxur-oba kəndlərində seçicilərlə növbəti görüşləri keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri, Seçki Qərargahının sədri David İbramxəlilov çıxış edərək Azərbaycanın qısa bir zamanda qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik ölkə kimi tanındığını bildirib:"Bu gün müstəqil Azərbaycan dövlətinin siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət edir". O, çıxışında Yeni Azərbaycan Partiyasının seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə getdiyini diqqətə çatdırıb. Görüşdə iştirak edən seçiciləri düzgün seçim edərək, demokratiyanın bizə verdiyi imkanlardan yararalanmağı tövsiyə edib.

Sonra deputatlığa namizədin vəkili Nadirşah Şirinov çıxış edərək Azər Badamovun fəaliyyətinə, gördüyü işlərə nəzər salaraq seçiciləri reallıqları nəzərə alaraq hamılıqla noyabrın 1-də seçki məntəqələrinə gedərək layiqli namizədə səs verməyə çağırıb.

Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov özünün seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərinə tövsiyə edib.

Görüşlərdə çıxış edən seçicilər birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər