PDF Oxu

Siyasət

  • 23

İnamlı qələbəyə doğru

İnamlı qələbəyə doğru

YAP-ın namizədi Mahir Abbaszadə seçiciləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Abbaszadə Mahir Tapdıq oğlunun Binəqədi rayonu Biləcəri və Sulutəpə qəsəbəsində yaşayan laçınlı seçiciləri ilə görüşü keçiridi.

Görüşləri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli Milli Məclisə seçkilərə hazırlıqla bağlı görülmüş işlər barədə, eyni zamanda, namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi prosesinin uğurla davam etməsi haqqında məlumat verib. Həmçinin Aqil Nəzərli Yeni Azərbaycan Partiyasının namizədi Abbaszadə Mahir Tapdıq oğlu barədə məlumatı seçicilərin diqqətinə çatdırıb. Aqil Nəzərli seçiciləri fəal olmağa və 1 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırıb.

121 saylı Laçın Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlu çıxış edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qazanılmış böyük uğurlardan danışıb, eyni zamanda, bu nailiyyətlərin gələcək illərdə də davam edəcəyinə əminliyini ifadə edib. Həmçinin Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının daha da yaxşılaşması istiqamətində görülən işlərdə əvəzsiz rolunu da diqqətə çatdırıb: "Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək xalqımızın maraqlarına söykənən fəaliyyəti ilə böyük uğurlar qazanıb. Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Ona görə də bu etimadı doğrultmaq üçün bundan sonra da bütün gücümlə fəaliyyət göstərəcəyimə söz verirəm".

Daha sonra çıxış edən pedoqoji elimlər doktoru Bakı Biznes Unversitetinin müəllimi Cəbrayıl Qəhrəmanov, rayon ağsaqalları və ziyalıları Murad Hüseynov, Həsənalı Rzayev, Dilarə Əmraslanova, Şakir Əhmədov, İsa Məmmədov, Azər Şükürov, Tofiq Səfəralıyev və başqaları çıxış edərək, partiyamızın gənc və perspektivli namizədi Mahir Abbaszadəni dəstəklədiklərini və seçicilərə noyabrın 1-də YAP-ın namizədlərinə səs verəcəklərini bir daha bəyan ediblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər