PDF Oxu

Siyasət

  • 19

Seçicilər absurd vədlərə deyil, real işlərə səs verəcəklər

Seçicilər absurd vədlərə deyil, real işlərə səs verəcəklər

Partiyanın namizədi Məlahət İbrahimqızının seçiciləri ilə növbəti görüşü keçirildi

Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən rayonun 2-ci mikrorayonunda açıq hava altında təşkil olunan növbəti görüşdə 250-dən artıq seçici iştirak edirdi.

Görüşü giriş sözü ilə açan Məlahət İbrahimqızı Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar bir günün – 1 noyabr parlament seçkiləri astanasında olduğumuzu bildirərək, təbliğat-təşviqat kampaniyası çərçivəsində intensiv görüşlərin keçirildiyini qeyd etdi. O bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb və "Yeni hədəflərə doğru" şüarı ilə parlament seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaqdır: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Ölkəmiz beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən və narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyada tanınır, diqqətdə olan ölkəyə çevrilib".

Görüşdə M.İbrahimqızı öz seçki platformasından danışdı və 15 il müddətində - parlamentin üzvü olduğu illərdə gördüyü işləri qeyd edərək, hər zaman seçicilərin etimadını doğrultduğunu, onların yanında olduğunu bildirdi. Seçicilərin müxtəlif məzmunlu problemlərinin həllinə həssaslıqla və qanunvericilik çərçivəsində yanaşdığını bildirən Məlahət xanım deputatı olduğu Şəmkir rayonunda bu günə qədər gördüyü işlərin bir qismini dilə gətirdi. O, qeyd etdi ki, Nəsimi rayonunda müxtəlif təbəqənin nümayəndələri var, ziyalı təbəqəsi isə əksəriyyət təşkil edir. Rayon seçiciləri hər zaman xüsusi fəallıq nümayiş etdirməklə seçiliblər. Hər bir seçicinin demokratik dövlətin bizlərə verdiyi seçki huquqdan yüksək şəkildə yararlanmağı bildirərək seçicilərini seçkidə fəal olmağa, vicdanın səsinə, əqlin diktəsinə qulaq asaraq, absurd vədlərə deyil, real işlərə səs verməyə çağırdı.

Görüşdə çıxış edən seçicilər 1 noyabrda seçki məntəqələrinə gələrək, məhz partiyanın irəli sürdüyü namizədə səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər