PDF Oxu

Siyasət

  • 20

Səhiyyə işçiləri YAP-ın namizədi Kamaləddin Qafarova səs verəcəklər

Səhiyyə işçiləri YAP-ın namizədi Kamaləddin Qafarova səs verəcəklər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun səhiyyə işçiləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov partiyanın namizədi Kamaləddin Qafarovun fəaliyyəti ilə bağlı qısa məlumat verdi. Sonra partiyanın keçdiyi şərəfli yola nəzər saldı. O, çıxışında bu il ölkəmizdə keçiriləcək Milli Məclis seçkilərinə toxunaraq, onun əhəmiyyətini vurğuladı. O bildirdi ki, YAP parlament seçkilərinə böyük resurslarla gedir. YAP tərəfindən irəli sürülən namizədlərin hər birinin layiqli, vətəninə, millətinə və dövlətinə sədaqətli insanlar olduğunu vurğuladı. Partiyanın namizədi olan Kamaləddin Qafarovun, həmçinin intellektual səviyyəyə malik şəxs kimi layiqli namizəd olduğunu diqqətə çatdıraraq, seçiciləri seçkilərdə fəal iştirak etməyə, onlara verilən seçki hüququndan istifadə edərək, YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Kamaləddin Qafarov YAP tərəfindən ona böyük etimad göstərildiyinə görə böyük qürur hissi keçirdiyini bildirdi. O, səhiyyə işçisi olaraq bu sahədə həyata keçirilən dövlət proqramlarından, islahatlarından danışaraq uğurlu nəticələrin əldə edildiyini diqqətə çatdırdı. K.Qafarov seçiciləcəyi təqdirdə, seçicilərini əmin etdi ki, gələcəkdə səhiyyə sahəsində olan problemlərin aradan qaldırılmasına yardımçı olacaq. Bütün seçicilərinə müraciət edərək, seçkilərdə daha da fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən İsa Cahanov, Aytən Sultanova, Namiq Məmmədov və başqaları partiyanın namizədi Kamaləddin Qafarova böyük ümidlər bəslədiklərini və ona böyük inam, etimadın olduğunu söyləyərək, uğurlar arzuladılar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər